Fərid Qayıbov: Bu dəfə fərqli finala şahidlik etdik
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Dövlət qurumlarının əməkdaşları arasında keçirilən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində bu dəfə fərqli final oyunu oldu".
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin final matçı barədə fikirlərini bölüşüb:
"Yarışın təşkilatçılarına təşəkkürümü bildirirəm ki, bu cür gözəl turnir təşkil ediblər. Qarşılaşmalar bir-birindən maraqlı keçirdi. Bu dəfə fərqli finala şahidlik etdik. Son 2 ildə Ədliyyə komandası turnirin qalibi olurdu. Bu dəfə isə SOCAR komandası qələbə qazandı. Bu komanda son illərdə yarımfinala qədər irəliləyə bilirdi. Bu dəfə qızıl medallara sahib çıxdılar. SOCAR-ı təbrik etmək istəyirəm. Onlar dövlət qurumları arasında keçirilən digər idman növlərində də fəal iştirak edirlər".
(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 May 2026 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















