Fərid Qayıbov idmançılarımızın III MDB Oyunlarında çıxışını yüksək dəyərləndirib
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmançılarının III MDB Oyunlarında çıxışını yüksək qiymətləndirib.
İdman.biz bu barədə Report-a istinadən xəbər verir.
“Əlbəttə, bu yarışda çıxış etmək idmançılarımız üçün böyük təcrübədir. Onlar bunun faydasını gələcək yarışlarda görəcəklər. Nəticələr əvvəlki iki analoji turnirlərdə qazanılandan daha yüksəkdir. Bu münasibətlə idmançılarımızı təbrik edirəm və onlara növbəti yarışlarda uğurlar arzu edirəm”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycan millisi III MDB Oyunlarını 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medalla ikinci pillədə başa vurub.

Fərid Qayıbov III MDB Oyunlarında iştirak edəcək idmançılara uğurlar arzulayıb
26 Sentyabr 2025 12:07
İdmançılarımız III MDB Oyunlarında finalda
27 Sentyabr 2025 17:57
Rusiyalı atıcı: III MDB Oyunlarında təşkilatçılıq yüksək səviyyədədir
29 Sentyabr 2025 17:12
Fərid Qayıbov: “III MDB Oyunlarının sonuna qədər medallarımızın sayı çoxalacaq”
29 Sentyabr 2025 14:59
Voleybolçularımız III MDB Oyunlarında QƏLƏBƏ QAZANDILAR
30 Sentyabr 2025 21:46

