Fərid Qayıbov “Moto X Club”ın fəaliyyəti ilə tanış olub FOTO
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Gənclər və idman naziri Fərid Qayıbov “Moto X Club”ın fəaliyyəti ilə tanış olub.
İdman.biz xəbər verir ki, nazir klubda Azərbaycan Motosiklet İdman Federasiyasının prezidenti Fuad Bağırov, birinci vitse-prezident Sabir Babayev, vitse-prezident Emil Quliyev və baş katib Azər Əliyevlə birgə fikir mübadiləsi aparıb.
Görüş çərçivəsində ölkədə motosiklet idmanının inkişafı, gənc idmançıların hazırlanması və federasiya ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha sonra klubun nəzdində fəaliyyət göstərən peşəkar moto-məktəb, moto-təmir servisi, moto-salon, təlim-məşq meydanı və xüsusi “Motocross” parkı ilə tanışlıq olub.
Fərid Qayıbov, həmçinin “MXC Queens” qadın moto klubunun idmançıları ilə söhbət edib, onların bu sahədə fəallığının artırılmasının önəmini vurğulayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 30 İyul 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















