Fərid Şəfiyev: Azərbaycan çalışacaq ki, AQEM in beynəlxalq səviyyədə institutları formalaşsın
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edir. AQEM çərçivəsində Beyin Mərkəzlərinin Forumu fəaliyyət göstərir və bu forumun koordinatoru Şanxayda yerləşən Beynəlxalq Əlaqələr İnstitutudur. Adətən forumun sammitləri Şanxayda keçirilir. Keçən il bizim təşəbbüsümüzlə qərar qəbul olundu ki, ilk dəfə olaraq Şanxaydan kənarda, Azərbaycanda keçirilsin.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
"Azərbaycan iki il ərzində çalışacaq ki, AQEM-in beynəlxalq səviyyədə institutları formalaşsın, bir sıra şuralar fəaliyyət göstərsin. Bu gün biz Bakıda Asiyada baş verən geosiyasi problemləri, xarici siyasəti, bəzi iqtisadi məsələləri, rəqəmsal inkişafı və digər buna oxşar məsələləri müzakirə edəcəyik", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 09 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















