Fərid Şəfiyev: İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
"İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var. Lakin bir sıra problemlər səbəbindən bu qurum çərçivəsində inteqrasiya baş verməyib".
APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): imkanlar və Perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.
O, ölkəmizin bir sıra beynəlxalq təşkilatlara üzv olduğunu xatırladaraq, bildirib ki, indiki şəraitdə hər hansı platforma kənarda qalmamalıdır:
"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına 1992-ci ildən üzv olub. Ölkəmiz son illər bir sıra beynəlxalq təşkilatlarda fəal iş aparır. Buna Qoşulmama Hərəkatına və Asiyada Qarşılıqlı Etimad Müşavirəsinə sədrlik daxildir. İqtisadi Əməkdaşlıq Təşkilatı Mərkəzi Asiya ölkələrinin ona üzvlüyü ilə genişlənib. Son zamanlar Azərbaycan yeni təşkilatlara da üzv olur. Onlardan biri də D-8 təşkilatıdır. Azərbaycan bu təşkilatdan hansı mənfəət əldə edə bilər? Biz hər hansı platformanı kənarda qoymamalıyıq. İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var. Lakin bir sıra problemlər səbəbindən bu qurum çərçivəsində inteqrasiya baş verməyib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:212
Bu xəbər 24 Aprel 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















