Icma.az
close
up
RU
Fəridin azad olunması xəbəri onun yenidən doğulması kimidir

Fəridin azad olunması xəbəri onun yenidən doğulması kimidir

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

"İki il bundan qabaq oğlum İranda heç bir günahı olmadan şərlənib həbs olundu. O vaxtdan dövlət tərəfindən Fəridin azad olunması üçün işlər başlanıldı. Amma bu sadə məsələ deyildi, mən bunu anlayıram".

Bunu İrandan təhvil alınaraq Azərbaycana qaytarılan Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib.

Dilarə Əsgərova xatırladıb ki, hazırda İran həbsxanalarında əzab çəkən çoxlu ABŞ vətəndaşları var:

"Hansı ki, Amerika kimi dövlət onları azad edə bilmir. Yəni bu o qədər də sadə məsələ deyil, mən bunu anlayırdım. Amma ümidim var idi ki, Fərid azad olunacaq".

Dilarə Əsgərova qeyd edib ki, təxminən bir ay bundan öncə telefon danışığı zamanı Fərid həbsxana divarına onunla bağlı elan vurulduğunu deyib:

"SEPAH Fəridin fevralın 20-də azad olmasına icazə vermirdi. Fərid dedi ki, cəza müddətimi artıracaqlar. Sonra bir ana kimi səfirliklə danışdım. Məlum oldu ki, həqiqətən də Fəridin cəza müddətinin artırılması məsələsi gündəmdədi. İnanın ki, ruhən məhv olmuşdum. Fəridi bir də görəcəyimə ümidim demək olar ki, yox idi. Ona görə də oğluma telefon danışıqları zamanı səbr etməyi məsləhət görürdüm. İnanın ki, mənə Fəridin azad olunması xəbəri onun yenidən doğulması kimidir. O qədər xoşbəxt olmuşam ki. Bəlkə də mən doğulduğumdan bəri belə xoşbəxt olmamışdım. Bu xoşbəxtliyi mənə nəsib edən dövlət başçısı cənab İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Bu işdə əməyi keçən Xarici İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, ölkəmizin Tehrandakı səfirliyinə dərin təşəkkürümü bildirirəm. Bu məsələni ictimailəşdirib gündəmdə saxlayan media orqanlarına da dərin təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib.

F. Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.


Daha sonra ona İranın rəsmi qurumları tərəfindən casusluq ittihamı irəli sürüldüyü məlum olub.

19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmənin hökmü ilə o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.


Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb.

APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Yanvar 2025 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see195

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see126

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see123

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see121

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see117

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see117

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see116

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see115

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see115

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see114

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see114

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see114

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see114

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see114

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: Onlara videonu izlədin...

10 İyun 2025 08:43see113

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see113

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see113

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see113

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see112

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri