Icma.az
close
up
RU
Fermer çobanının sənədlərini əlindən alaraq onu məcburi əməyə cəlb etdi CƏZA

Fermer çobanının sənədlərini əlindən alaraq onu məcburi əməyə cəlb etdi CƏZA

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə Ağır Cinayətlər Məhkəməsində məcburi əməkdə təqsirləndirilən Etibar Balayevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 6 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Etibar Balayev 2022-ci ilin aprel ayının əvvəllərində zərərçəkmiş Yaşar Qayıbovu (soyadı şərtidir) Ağstafa rayonu, Saloğlu qəsəbəsindəki özünə məxsus evin həyətyanı sahəsində yerləşən heyvandarlıq fermasına gətirib. Sonra o, zərərçəkmiş şəxsə məxsus hərbi bileti, şəxsiyyət vəsiqəsini, müharibə veteranı vəsiqəsini və təqaüd kartını alıb özündə saxlayıb. Təqsirləndirilən şəxs qeyd edilən tarixdən etibarən Yaşarı həmin evin həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan yarımtikilinin hamam otağında saxlayıb ferma təsərrüfatındakı xırdabuynuzlu heyvanlara gündəlik qulluq edilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirib.

Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2023-cü il tarixdə saat 07:45-də Ağstafa rayonu, Saloğlu qəsəbəsində yerləşən heyvandarlıq fermasında keçirilən əməliyyat tədbiri zamanı qeyd edilən ünvanda fermanın sahibi Etibar Balayev və onun məcburi əməyə cəlb etdiyi zərərçəkmiş Yaşar Qayıbov aşkarlanıb.

Daha sonra Etibar Balayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 May 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

11 İyul 2025 01:24see199

Tokayevdən rüsumların tətbiqi ilə bağlı Trampa CAVAB

10 İyul 2025 13:13see165

“Komedixana”nın aktrisasının ailəsində sevincli GÜN FOTO

10 İyul 2025 16:25see148

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

11 İyul 2025 01:36see125

Bakıya karbon qazını udan süni “ağac” lazımdır?

10 İyul 2025 16:22see124

Afranı Saraçoğlunu seriala çəkmək baha başa gəldi

10 İyul 2025 13:28see123

Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur

10 İyul 2025 21:14see122

Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun AÇIQLAMA

10 İyul 2025 16:25see122

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

10 İyul 2025 23:02see119

ABŞ da aqrar proqramlarda irq və cinsiyyət amilləri artıq nəzərə alınmayacaq

10 İyul 2025 16:26see119

Sabah dan güclüyük Riera

11 İyul 2025 01:40see118

Bu, xərçəng riskini 40 % azaldır

10 İyul 2025 16:09see116

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see115

Ermənistanda terror aktına hazırlıq: 7 nəfər saxlanılıb Hədəfdə siyasətçilər olub

10 İyul 2025 14:12see115

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

11 İyul 2025 01:03see112

Rza Cəfərovun “Dinamo”ya keçidi baş tutmadı EKSKLÜZİV

10 İyul 2025 10:02see112

Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu Dabi görüşü uğurlu olub

10 İyul 2025 23:51see111

İranlı rəsmidən Trampa təhdid: “Dron onu vura bilər”

10 İyul 2025 21:09see111

Çempionlar Liqasında ilk oyunların NƏTİCƏLƏRİ

10 İyul 2025 09:10see109

Erməni yepiskop universitetdən qovuldu

10 İyul 2025 20:45see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri