Icma.az
close
up
RU
Pedaqoji əməyə mənəvi baxış Allahverdi Eminov YAZIR

Pedaqoji əməyə mənəvi baxış Allahverdi Eminov YAZIR

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu anlayış pedaqogikada birtərəfli traktovka olunmuşdur. “Sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin, habelə, mənəvi keyfiyyətlərin adamlar tərəfindən, məqsədyönlü, planlı və mütəşəkkil mənimsənilməsidir”.

Tərifdə (əgər demək mümkünsə) hər şey vardır: həqiqətən də “pedaqoji proses” son dərəcə geniş, hər-tərəfli anlayışdır. Lakin ona lazım olan, digər yaradıcı məhsullardan fərqli şəkildə ehtiyac duyulan pedaqoji mühitin bir komponenti kimi pedaqogikanın müxtəlif sa-hələrindən yazılan, pedaqoqun zehni təfəkkürünün məhsulları – əsərləri kənarda qalmışdır. Digər sahəyə adlasaq, təhsil müstəvisində hərəkət edən, məktəbə xidmət göstərən pedaqoji hadisələr, münasibətlər, pedaqoq şəxsiyyətinə və onun yaradıcı-lığına yanaşma meyarı kimi daha başqa məsələlər də müncərdir. Mən bu problemə toxunmaq ovqatını özümdə aşılamamışdım, təbii ki, bir sıra yazılarımda pedaqoqi-ka elminin şaxələrinin, gənc nəslin, eləcə də yaşlı insanların təhsilinə və tərbiyə-sinə birbaşa təsirinin müasir elmlər kontekstində araşdırılmaması zərurətini yeri gələndə qeyd etmişdim. Eyni zamanda pedaqoqların yaradıcı əməyinin stimullaşdı-rılmamasının, bu elmə istedadsız alimlərin çəkinmədən, ətrafına nəzər salmadan, pisi – yaxşını saf  – çürük etmədən axınının, habelə aidiyyatı olan qurumun nəza-rətindən çıxdığının intizarını büruzə vermək təşəbbüsündə olmuşam. Gizlin deyil ki, təhsilə aid cəmiyyətlər, mətbuat orqanları, nüfuzlu pedaqoqlar da susurlar, sə-lahiyyətlilərsə görünür, şəxsi qayğıları haqqında daha rasional düşünməyə üstünlük verirlər. Mən çox istərdim, “çağdaş pedaqoji proses”ə – pedaqoji əməyə yalnız çap – yaradıcılıq məhsulları gözündə baxmaqla yanaşı, istər Elm və Təhsil nazirliyinin, istərsə ali pedaqoji müəssisələrin yetkililəri maraqlansınlar. Əlbəttə, tərtib olunan pedaqoji ensiklopediyalar, lüğətlər, yazılan əsərlər, məqalələr subyektiv şəxsi mo-tivlərlə zəngin olsa belə, əsl pedaqoqun yaradıcı nüfuzuna, elmi ictimaiyyət tərə-findən müsbət qarşılanmasına dəlalət etmir. Ədəbiyyat bu cür rakurslarda obyektiv və təmkinlidir. Orta məktəbə gətirilən söz sənətkarları “kimsəsizlik” ucbatından sı-xışdırılıb kənara atılsalar da, vaxt yetişir, oxucu məhz onları oxuyur. Təəssüf ki, müasir pedaqoji prosesdə belə bir mənfi tendensiya at oynatmaqdadır. Şübhəsiz, bu mürəkkəb, dərin elmdə baş verən peripetik və pedantçılıq, rezentor və spektiklik kimi ikrah doğuran fərdi meyllər pedaqoji prosesin nüfuzunu aşağı salır.

Məni bu yazımda daha çox düşündürən pedaqoji prosesin – əməyin mövcud-luğuna və inkişafına xidmətdə bulunan pedaqoqların nəzarətindən çıxması zə-minində onlara olan mənəvi “repressiya”lardır. Şükürlər, nə Sovet hakimiyyəti qal-mışdır, nə də onun kommunist funksionerləri, tam azad respublikayıq, demokratik strukturlara malikik. Amma həmən “strukturlar”dakı səlahiyyət sahibləri, konkret təhsili idarə edənlər üçün “pedaqoji proses” sadəcə populizm və ritorikadan doğan eyforik mənbədir, vasitədir, ulitarlıq, işin axarlı getməsi, kənar dövlətin ev qayğı-larını özününküləşdirilməsi psixologiyası daha önəmlidir. Pedaqoji məsələləri özü-müzün milli təhsil – məktəb ənənələrindən götürmək, faydalanmaq, daha doğrusu, bu gün tarixi köklərindən, müasirləşdirmək imkanlarından uzaqlaşmaqla stinatik yanaşmaya – hər hansı bir problemin həlli üçün qeyri – mütəxəssislərin (xaricilər də bizim milli təhsil ənənələrimizə münasibətdə belə mövqedə dayanırlar) yazdıq-larını yeni redaktədə, dediklərini ideallaşdırmada pedaqoji prosesin bir atributu nəzərində yetişdirirlər. Maraqlıdır ki, təhsilin mərkəzi idarəetmə aparatında işlə-yənlərdən bəlkə də bir çoxuna furyeristik həyat daha sərfəlidir. Yəni, oturduğu kresloda əl uzatdığı məkan dinc sistemdir, gözəldir, zərifdir, beləliklə onu məftun edir. Lakin təhsilin inkişafına, gənc nəslin yüksək intellektə və təmiz əxlaqa sahib kəsilməsi üçün bir xeyli pedaqoji mühitə, məktəbdə bir 45 dəqiqəni ağır qantellər sayağı ürəyində daşıyan müəllimlərin yanında olmaq gərəkdir. Məsələ ondadır, bir ortabab qiymətində dərs deməyi bacarmayan belə funksionerlər məktəb islahatına rəhbərlik iddiasındadır və müəllim taleyini həll etmək əzmindədir. Pedaqoji prose-sin mahiyyətindən xəbərsizdirlər, ona görə ki, bəzisinin pedaqoji baza təhsilləri də yoxdur! Tarixçi sosioloq, geoloq, iqtisadçı və digər peşə müəllifləridir. Konkret da-nışaq (Elm və Təhsil Nazirliyində bu ixtisaslardan bir funksioner vardı və səlahiy-yət dairələrinin bütün həlqələrini barmaqlarına keçirmişdir. Bu barmaqlar asanlıqla lap yuxarıya qədər uzanırdı. İş o yerə çatmışdı respublikanın pedaqoqlarına, təhsil fanatlarına “dərs” söyləyirdi. Bu sətirlərin müəllifi yaxşı ki, rəsmi məktubla naziri agah etmiş və onun səlahiyyəti dairəsindən çıxdığını bildirmişdi.

Pedaqoji prosesin nəzəri mətləblərini, strateji konturlarını istiqamətləndirən məhz pedaqoq – alimlərdir. Lakin son illərdə təhsil sistemində “yeni pedaqoqlar” nəsli yetişir. Bir binanın içərisindən kənara çıxmayana (məktəblərdə olmaq, müşa-virə (konfrans) keçirmək, statistik rəqəmləri toplamaq, arayışlar hazırlamaq və s. hələ pedaqoji prosesin yaradıcısı sayılmır), lazım gəlir sıravi müəllim – pedaqoq səriştəsində iştirakçı olsun, bir “kontrol” dərs versin, bir neçə dərsi dinləyib təhlil etsin. Əgər bir zavodun direktoru, baş mühəndisi istehsalatda fəhlənin işini gör-məyi bacarmırsa, onu dərhal uzaqlaşdırırlar. Təhsildə isə əksinə, istər məktəb direk-toru, istər inspektor, şöbə rəisi və s. olsun – yaxınlaşdırırlar. Pedaqoji prose-sin nəzəri və praktik qanadlarına yalnız keçmişdə olduğu kimi “payedralar” – təh-sildə yoğrulmuşlar çalışmalıdır. Və bu baxımdan mən onunla da razılaşmıram ki, bütün tənqidlər Elm və Təhsil Nazirinə ünvanlansın! Şübhəsiz, nazirin “gücü çat-madığı” proseslər yox deyil və bu proses Pedaqoji əməyə bəzən qalib gəlir...

Pedaqoji prosesin mənəvi – sosial konteksti subyektiv amillərlə şərtlənmiş-dir. Və maraqlıdır, sadəlövhlükdənmi, bilməməkdənmi, qəsdənmi pedaqoji prose-sin canlı qüvvələri: həm pedaqoq alimlərin, həm də müəllim – öyrədənlərin haqqı lazımi (bir qədər yumuşaq səsləndi) dərəcədə qiymətini almır. Bəzilərinin üzərində dayanmaq istərdim. Birincisi, pedaqoq – alimlərin, ömrünün 40-50 və daha çoxunu milli təhsilimizin inkişafına bağlamışların, bir məqaləsində enerjisini itirmişlərin fəxri adlardan uzaq salınmasıdır. Bu iki vasitə təminatı maddiləşdirir: əməkdar müəllim və Prezident təqaüdü – hər ikisini də layiq görülənin mənəvi və maddi du-rumu önəmlidir. Sovet vaxtı bu (mənəvi və maddi), sual şəklində mukafatlandırılan şəxsə verilsəydi birmənalı cavab beləydi: Mənəvi tərəfi. İndi də həmin cavab qüv-vədədir. Lakin mövcud vəziyyətdə maddi durumun normallığı və əksinə olması mənəviyyatın statusunu həll edir. Çünki pedaqoqların, alimlərin dərsindən qaçan milis serjantı qat-qat onlardan yüksək maaşa qol çəkir. Professional pedaqoqlar isə sağlamlığı hesabına başa gələn qonorarsız əsərlərinə imza (qol) atır! Ona görə də cəmiyyətdə, xüsusilə, pedaqoji prosesdə pedaqoqun, müəllimin elmi və şəxsi nüfu-zu aşağı düşür.

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:313
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 May 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri