Fermerin 11 minlik xırdabuynuzlu heyvanlarını sataraq mənimsəyən çoban həbs edildi
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şirvan Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Kənan Quliyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Kənan Quliyev əvvəllər yaşadığı Kürdəmir rayonu, Mollakənd kəndində zərərçəkmiş Nuru Nuriyevə (adı, soyadı şərtidir) məxsus fermada 2023-cü ilin iyun ayından 2024-cü ilin aprel ayınadək olan dövrdə çoban işləyib. O, işlədiyi dövrdə 218 baş xırdabuynuzlu heyvanın ümumi dəyəri 11000 manat olan 44 başını mənimsəyib.
Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Kənan Quliyev 2 il 5 ay müddətə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbsə alınıb.


