Fermin Lopes El Klasiko öncəsi uşaqlıq arzusundan danışdı
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya La Liqasının onuncu turunda “Real Madrid”lə keçiriləcək El-Klasiko öncəsi gözləntilərini bölüşüb.
İdman.Biz xəbər verir ki, futbolçu uşaqlıqdan belə bir qarşılaşmada iştirak etməyi arzuladığını söyləyib.
“Əgər öz oyunumuzu göstərsək, qələbə qazanmaq şansımız olacaq. Bu, həmişə oynamağı sevdiyim bir oyundur. Uşaqlıqdan El-Klasikoda meydana çıxmağı arzulamışam. Emosiyalarımızı nəzarətdə saxlamalıyıq. Belə qarşılaşmalar gərginlik və ehtirasla dolu olur”, - deyə Lopes bildirib.
Qeyd edək ki, bu gün “Spotify Kamp Nou” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə gecə saat 23:59-da başlayacaq.
Hazırda “Barselona” 27 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 21 xalla üçüncü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 25 Oktyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















