Icma.az
close
up
RU
Fərqli üfüqlər, fərqli Ramazanlar: Çıxış yolu nədir?

Fərqli üfüqlər, fərqli Ramazanlar: Çıxış yolu nədir?

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Ramazan ayının son gününü yaşayırıq. Bu ay müsəlmanlar üçün xüsusi bir əhəmiyyət kəsb edən müqəddəs bir aydır.

Qurani-Kərimdə də buyurulur ki, bu ayda oruc tutmaq Allahın əmri və insanları günah əməllərdən çəkindirməkdir.

Lakin bu müqəddəs ayın başlanğıcı və sonu adətən mübahisələrə səbəb olur.

Nəticədə, eyni ölkədə yaşayan müsəlmanlar arasında ciddi fikir ayrılıqları və mübahisələr yaranır. Bu isə dini birliyi zəiflədir və müsəlmanların bir yerdə ibadət etməsini çətinləşdirir. Fərqli fətvalar və yanaşmalar isə bir çox insanı çaşdırır və dini təcrübələrdə qarışıqlığa səbəb olur.

Bəs, belə fərqli yanaşmalara son qoymaq üçün nə etmək lazımdır?

Gununsesi.info -ya danışan ilahiyyatçı Tural İrfan mövzunu bu cür şərh edib:

“Uca Yaradan “Qurani – Şərif”də buyurur:” İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi 185).

Bu ayədən görünür ki, “ay” deyərkən Ramazan ayı nəzərdə tutulur. Hebelə Hz.Muhəmməd (s)-ın hədislərində Ramazan ayının əvvəlinin müəyyən edilməsi Ayın səmada doğması və görünməsi ilə müəyyən olunduğu vurğulanır. Çünki hicri-qəməri təqvim, yəni Ay təqvimi, səmada Ayın görünməsi ilə başlayır və bitir. Şübhəsiz ki, Peyğəmbər zamanında teleskop kimi dəqiq cihazlar yox idi və hətta Ay görünməyəndə gözləyirdilər ki, görünsün sonra oruca başlasınlar yaxud bitirsinlər. Hətta Peyğəmbərdən nəql edilən hədisdə vurğulanır ki, “biz yazmağı və hesablamağı bacarmayan savadsız bir ümmətik. Təzə ayı gördükdə oruc tutmağa başlayın, eləcə də, təzə ayı gördükdə orucunuzu bitirin!” Buradan məna çıxaran alimlər qeyd edirlər ki, ayın əvvəlini və sonunu cihazlarla da müəyyən etmək olar. Peyğəmbər zamanında bu imkanlar olmayıb deyə o Həzrət məhz Ayın gözlə görünməsini şərt qoyub, həm də ümmətin savadsızlığına görə başqa çıxış yolu da yox idi. Amma indi elm inkişaf edib, müasir cihazlar, teleskoplar, rəsədxanalar var”.

T. İrfanın fikrincə, bəzi alimlər isə hədisləri hərfi mənada qəbul edərək zahiri mənada anlayıb məhz Ayın gözlə görünməsini vacib bilirlər:

“Müxtəlif ölkələrdə üfüqlər də fərqlidir. Ay və Günəş dünyanın hər yerində eyni vaxtda doğub batmır. Ona görə də ayrı bir fərq meydana çıxır. Bəzi alimlər və müctəhidlər də siyasi rəqib olduqları müsəlman ölkələrinə müxalif olmaq üçün Ramazan ayının başlama və bitmə vaxtını qəsdən fərqli günə elan edirlər. Dini siyasiləşdirənlər təkcə Ramazanda yox, başqa vaxtlarda və başqa ibadətlərdə də başqalarına müxalif olurlar. Ayın gözlə görünməsini vacib şərt kimi qəbul edənlərə təqlid edən zümrə ölkəmizdə də var. Bu zümrə kor – koranə olaraq xaricdə oturan müəyyən adamlara, siyasiləşmiş dini liderlərə təqlid edirlər. Onların da fətvaları öz ölkələrinin din modelinə və siyasi maraqlarına uyğun olur.

Ölkəmizdən onlara təqlid edənlər ölkəmizin Fətva Şurasına etimad etmirlər, xaricdəki müctəhidləri əsas götürürlər. Siyasiləşmiş dini liderlər bu cür fərqli və solaxay fətvalar verməklə başqa ölkələrdəki təqlidçilərinin sayını, onlara inam səviyyəsini, nəbzini yoxlayırlar həm də. Əks halda başqa ölkələrin vətəndaşlarını öz ölkələrinin din idarəsinə tabe olmağa çağırardılar, orucu, namazı öz üfüqlərinə uyğun icra etməyi tövsiyyə edirdilər.

Ancaq əsl həqiqət və İslamın mövqeyi, Quran vəhyinin məntiqi budur ki, müsəlmanlar müasir dövrün tələblərinə uyğun Ayın əvvəlini və sonunu müəyyən edə bilərlər. İndiki dövrdə dağın başına çıxıb göydə Ay axtarmaq gülünc olardı. Rəsədxanalar Ayın məxsus ölkədə haçan görünəcəyini qabaqcadan müəyyən edirlər. Bu, kifayətdir. Allahın əmrində məqsəd müsəlmanların bir ay oruc tutmaları, vəhdətə gəlmələri, həmrəy olmalarıdır. Ay məsələsində mübahisə etmək və ixtilafa düşmək hərəsinin ayrı günlərdə bayram etməsinə zəmin yaratmaq, çoxtirəlik salmaq Quranın süjet xəttinə, hədəfinə ziddir.

Quranda əmr olunur ki, qarşıya çıxan məsələləri mütəxəssislərlə həll edin, həmin sahənin alimindən, peşəkarından soruşun. Din xadimi, müctəhid, din bilgini astrofizik, astronom, münəccim deyil. Amma Ramazan ayı gələndə hamı münəccim olur. Əsl mütəxəssisləri isə kənara qoyurlar. Bu, Qurana ziddir. Necə ki, nasaz adamın xəstəliyi ilə oruc tutub tutmamasının faydası yaxud ziyanı barədə rəyi həkim verir, astronomiyaya aid olduğu üçün Ayın da çıxması, görünməsi, batması barədə rəyi də rəsədxanalar, astronomlar verməlidir.

Orta əsrlərə qayıtmaq İslamın mütərəqqi mövqeyinə, müsəlmanların inkişafına xələl gətirir. Hər dövrün öz tələbi var. Peyğəmbər zamanında Ayın əvvəlini gözlə görməkdən savayı metod yox idi. Amma indi rahatlıqla, elmi yollarla, texnika, cihazlar vasitəsi ilə bunu müəyyən etmək mümkündür”.

İlahiyyatçı sonda onu da vurğulayıb ki, hər il Ramazanın başlanğıcını və sonunu müsəlmanlar üçün ixtilafa, fikir ayrılığına çevirənlər bunu məqsədli şəkildə edirlər.

“Hər ölkənin öz mütəxəssisləri həmin ölkənin üfüqlərinə görə Ayın əvvəlini və sonunu müəyyən etməlidirlər. Bu, kifayətdir. Ölkəmizdə bir qism inanclı adam xarici ölkələrin dini – siyasi liderlərinin fətvaları əsasında oruc tuturlar. Bu, yanlışdır. Çünki hər ölkənin öz fərqli üfüqü var. Lap həmin ölkədə Ay görünsə də belə, bizim ölkəmizdə görünməyə yaxud əksinə ola bilər. Müctəhid din alimidir, həkim, astrofizik, astronom deyil.

Bayram ölkəmizdə hansı günə elan olunubsa həmin gün də bayramdır. Əgər yanlış olma ehtimalı olmuş olsa belə, oruc tutanlara heç bir məsuliyyət və günah yazılmır. Çünki mənəvi məsuliyyət və yük fətvanı yaxud elanı verən qurumun üzərindədir. Belə olduğu halda yenə də kənar fitvalara uymaq artıq məqsədli təxribat və nifaq salmaq niyyəti daşıyır. Burada heç bir dini problem yoxdur”– deyə o fikirlərini yekunlaşdırır.

Şəbnəm Rəhimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:379
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Mart 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri