Icma.az
close
up
RU
“Təcrübəli məşqçilərə fərqli suallar verilir, gənc məşqçiyə fərqli“

“Təcrübəli məşqçilərə fərqli suallar verilir, gənc məşqçiyə fərqli“

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının XXXII turunun “Sumqayıt” – “Neftçi” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Hər iki komanda qələbə üçün oynayırdı. Komandamdan razıyam. Baxmayaraq ki, öz səhvlərimizdən qol buraxdıq. Oyundan çox razıyam. “Neftçi” yaxşı rəqibdir, güclü futbolçuları var. Buna baxmayaraq, komandam yaxşı oyun göstərdi.

– Nə baş verdi ki, 2:0-dan üstünlük rəqibə keçdi?
– Futbolda hər şey olur. Fərdi səhvlərimiz oldu. Əlavə, rəqibin adı, ustalıq səviyyəsi özünü göstərdi. Bu komandaya qarşı belə oynamağa ancaq alqış düşür. Bir xal da bir xaldır.

– Qazandız, ya iki xal itirdiz?
– Məyusam ki, komandam qələbə qazana bilmədi. Amma rəqibi də nəzərə almaq lazımdır. İki səhv bizimçün kritik oldu. Üzücü olan budur. Qismət belə imiş.

– 2:0-dan sonra əsas oyunçuları çıxardınız və rəqib iki qol vurdu…
– Rəqibin birinci qolunda əvəzetmə olmamışdı. Lakin qoldan sonra dəyişiklik etməyə çalışdıq. Bəzi şeylər alındı, bəziləri yox. Fərdi səhvlərə görə uduzduq.

– Karaişvilinin səhvindən sonra qol buraxdınız. Özünüzü günahkar görürsünüz?
– Bunu mənə yükləmək istəyirsizsə, problem yoxdur. Yenə deyirəm, düzgünün tərəfindəsinizsə, digər məşqçilərə də belə suallar verin.

– Xəyalı qapıda oynatdınız, iki qolu başınıb üzərindən vuraxdı…
– Xəyal Tovuzda yaxşı seyvlər etdi. Onda yaxşı idi, indi pis? Gənc oyunçunun yanında olmaq lazımdır.

– İdman mətbuatının sizə qərəzli olduğunu düşünürsüz?
– Mən həmişə dəstək istəmişəm. Yeni məşqçi üçün belə ifadələr görmək məni üzür. Komandanı çətin vəziyyətdə götürmüşəm. Təcrübəli məşqçilərə fərqli suallar verilir, gənc məşqçiyə fərqli. Bu gün istəməzdim ki, komandam xal itirsin.

– İstədiyiniz futbol, tətbiq etdiyiniz oyun kənardan xoş görünür. Bəs sabit qalmaq üçün nə çatmır?
– Nüanslar çoxdur. Bu mövsümü yaxşı başa vuraq. Əsas odur ki, iş var. Vəziyyəti sabitləşdirmək üçün heyətdən də çox şey asılıdır. Ümidvaram ki, hər şey qaydasında olar.

– Rövlan Muradov öz mövqeyinin ən yaxşılarındandır. Nə problem var ki, oynamır?
– 11 oyundur, qol vurmurdum. Bu matçlarda Rövlan əsas heyətdə idi. Bu oyunlarda heç qol ötürməsi belə yoxdur. Sərtan isə iştirak etdiyi oyunlarda faydalı olur. Bəs bu şansı indi ona nə üçün verməyim? Rövlan da şansını gözləməlidir. Rövlana 17 oyunda şans verilib, bu matçlarda isə daha az oynayanları nəzərə almaq lazımdır. Hər futbolçudan yararlanmaq istəyirik. Rövlanla problemimiz yoxdur. Məşqlərdə də yaxşıdır. Növbəti oyunlarda onu görə bilərik. Sərtan indi o mövqedə daha yaxşıdır.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 Aprel 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri