Icma.az
close
up
RU
“Fətəli Xan Xoyskinin qətlinə görə daşnaklardan öncə bolşevik Rusiyasını ittiham etməliyik...”

“Fətəli Xan Xoyskinin qətlinə görə daşnaklardan öncə bolşevik Rusiyasını ittiham etməliyik...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“1991-ci ilin 18 oktyabrında Azərbaycanın müstəqilliyinin bərpasını həm qurucu babalarımıza atılan bu qurşunlara, həm də 1920-ci ildə Azərbaycanın müstəqilliyinə son qoyan bolşevik Rusiyasına verilən  cavab hesab etmək olar...”

“Bəli, təəssüf ki, 1920-cu il iyunun 19-da  Fətəli Xan Xoyski öz həyatını Azərbaycanın müstəqilliyi uğrunda fəda etdi – iki erməni daşnakı tərəfindən Tiflisdə şəhid edildi. Təbii ki, artıq Azərbaycan Rusiya işğalı altında olduğundan və daxildə istiqlal mübarizlərinin çoxu qətl və həbslərə məruz qaldığından, xaricdəkiilərin buna gücü, imkanı çatmadığından Xoyskinin qatillərinin cəzalandırılması üçün real tədbir görülə bilməzdi. Amma əslində onun qətlini icra edən daşnaklar olsa da,  həmin qətlin təşkilatçısı və sifarişçisi bolşevik Rusiyası idi. Bu baxımdan biz yalnız icraçıları deyil, həm də onlardan öncə bu cinayətin sifarişçiləri və siyasi təşkilatçıları olan bolşevik Rusiyasını da ittiham etməliyik. Ona görə də 1991-ci ilin 18 oktyabrında Azərbaycanın müstəqilliyinin bərpasını həm qurucu babalarımıza atılan bu qurşunlara, həm də 1920-ci ildə Azərbaycanın müstəqilliyinə son qoyan bolşevik Rusiyasına verilən  cavab hesab etmək olar.” 

Tanınmış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz bu fikirləri Moderator.az əməkdaşının “Fətəli Xan Xoyskinin qatilləri olan daşnakların konkret olaraq adları müəyyən edilib. Bəs onların cəzalandırılması istiqamətində sonradan Azərbaycanın daxildə və xaricdəki təşkilatları tərəfindən hansısa addımlar atılıbmı?” sualını cavablandırarkən ifadə edib.

“Azərbaycan xalqı Azərbaycanın istiqlalı uğrunda mübarizə aparıb canlarını fəda edərək ilk demokratik müstəqil dövlətimizi qurmuş və qısa müddətdə, Rəsulzadənin sözləri ilə desək, azadlıq və istiqlal dadını insanlarımıza dadızdırmış qurucu babalarımızı daim yaşatmışdır, bu gün də yaşadır və yaşadacaq.  Və müstəqil Azərbaycan dövləti yaşadıqca, bu insanların xatirəsi əziz  tutulması daha da aktuallaşır. Çünki o şəxsiyytlərin əsas məqsədi Azərbaycanın müstəqilliyi idi. Hər dəfə müstəqilliyimizə təhlükə yarananda biz qurucu babalarımızı bir daha xatırlayırıq. Odur ki, qurucu babalarımızın yubileylərinin, o cümlədən də Cümhuriyyət hökumətinin vaxtlı-vaxtında  70, 80, 90, 100 və s. ildönümlərinin qeyd ediıməsi ilə bağlı verilən fərmanları alqışlayır və bunu doğru hesab edirik. Həmçinin bu günlərdə Cümhuriyyətimizin ilk hökumət başçısı Fətəli Xan Xoyskinin 150 illiyinin geniş şəkildə qeyd edilməsi haqdakı fərmanı da məmnuniyyətlə qarşılayırıq. Hazırkı dövrdə, xüsusilə dünyanın yenidən bölüşdürülməsi uğrunda çox gərgin bir zamanda insanlarımızın, xüsusən də gənclərimizin vətənpərvərlik ruhunun gücləndirilməsində və bu mübarizə ruhunun gələcək nəsillərə çatdırılmasında bu işlər böyük əhəmiyyət kəsb edir.”

Sultan Laçın 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri