Icma.az
close
up
RU
Fevralın sonunda planetlərin böyük paradı gözlənilir KONKRET

Fevralın sonunda planetlərin böyük paradı gözlənilir KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fevralın 28-i axşam saatlarında səmanda maraqlı astronomik hadisə – planetlərin böyük paradı izləniləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat verib.

Günəş batdıqdan sonra səmanın müəyyən sektorunda altı planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni anda görünəcək. Bu proses zamanı planetlərdən dördünü adi gözlə, iki planeti isə yalnız teleskop və ya binokl vasitəsilə görmək mümkün olacaq.

Səmanın ən parlaq cisimlərindən Venera, Yupiter və Saturn rahatlıqla seçilə biləcək. Merkuri isə üfüq xəttinə yaxın yerləşdiyi üçün onu müşahidə etmək üçün dənizkənarı və ya şəhərdənkənar, üfüqü açıq ərazilər tövsiyə olunur. Uran və Neptun yalnız optik cihazlarla görünəcək. Bakıda ən uğurlu müşahidə zamanı saat 19:10-20:30 aralığını əhatə edəcək.

Astronomiyada planetlərin paradı iştirak edən göy cisimlərinin sayına görə qiymətləndirilir: 3-4 planet kiçik, 5 planet orta, 6 və daha çox planet isə böyük parad hesab olunur. Fevralın 28-də altı planetin bir araya gəlməsi bu hadisəni böyük planet paradı sinfinə aid edir. Belə vizual hadisələr orta hesabla 10-20 ildən bir müşahidə olunur, xüsusilə axşam saatlarında belə əlverişli görüntü imkanı nadir baş verir.

Qeyd olunur ki, planetlər yalnız səma proyeksiyasında bir xətt üzrə düzülmüş kimi görünür; əslində bir-birinə yaxınlaşmırlar. Bu astronomik hadisə Yer kürəsinə, insan sağlamlığına və təbiətə heç bir təsir göstərmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:468
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Fevral 2026 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri