Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Fəxrəddin Manafovun yerinə başqa aparıcı olsaydı... Aytac Sahəd

Fəxrəddin Manafovun yerinə başqa aparıcı olsaydı... Aytac Sahəd

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Aytac Sahədin "Danışır Fəxrəddin Manafov" adlı yazısını təqdim edir.

Son dövrlər yerli telekanallarda yayımlanan verilişlərdən çoxluq narazıdır. Fikrimcə, bunun üçün yetərli arqumentləri də var. Bayağılıq, sosial şəbəkələrin boyat mövzuları, primitiv yanaşma kimi məqamlar verilişlərin keyfiyyətinə ciddi təsir edir. İlin-günün bu vədəsində televiziya kanallarımızda peşəkar iş görəndə sevinməmək mümkün deyil.

Bu yazımda məhz həmin peşəkar işlərdən biri haqqında danışacağam.

Söhbət ATV kanalında yayımlanan "Teatr" adlı telelayihədən gedir. Veriliş ənənəvi olaraq, Deklan Donnelanının "Teatr həyatın bir hissəsi deyil. Əksinə, həyat teatrın bir parçasıdır" sitatı ilə başlayır. Fonda eşitdiyimiz Xalq artisti Fəxrəddin Manafovun səsi bir neçə saniyə sonra görüntüsü ilə tamamlanır. Manafovun sənədlərlə tanış olduğu giriş hissəsini izləyərkən tamaşaçıda layihə haqqında müəyyən təsəvvür formalaşır. İlkin təəssüratlara əsasən, layihənin teatr tarixi haqqında olduğu fikri formalaşsa da, irəliləyən dəqiqələrdə baxış bucağının daha geniş əhatəsini görə bilirik.

Budur, Fəxrəddin Manafov səhnədədir. Zal boşdur, işıq onun üzərindədir. Verilişin belə bir ortamda çəkilməsi ideya ilə vizuallığın tamamlanması baxımından olduqca uğurlu seçimdir. Ancaq mənə bu layihəni sevdirən əsas məqam Fəxrəddin Manafovun səsidir. Verdiyi informasiya nə qədər dəyərli olsa belə, bir saata yaxın qulağa xoş gəlməyən səsi dinləmək çətin məsələdir. Xüsusilə bu tipli layihələrdə sözügedən məqam həlledici rol oynayır. Çünki demək olar ki, veriliş boyu yalnız monoloq dinləyir, bütün hekayəni bir adamın dilindən eşidirsən.

Digər bir əsas məsələ isə danışılan mövzunun nə qədər maraqlı olmasıdır. Verilişə baxarkən elə ilk beş-on dəqiqədə məlum olur ki, təqdim edilən bilgilər üzərində peşəkar komanda işləyir. Burada isə layihənin ideya müəllifi və rəhbərinin tanınmış teatr rejissoru, prodüser Ələkbər Tağızadə olduğunu vurğulamaq yerinə düşər.

Tutaq ki, verilişdə bir tamaşa növü haqqında danışılırsa, onun həm dünyada, həm də Azərbaycandakı inkişaf tarixi barədə bəhs edilir. Hətta bir çox mövzularda Sovetlər dövrü Azərbaycanı ilə müstəqillik dövrü ayrı-ayrılıqda şərh olunur. Mövzunu əhatə etdiyi coğrafi areal və xronoloji ardıcıllıq baxımından sistematik formada təqdim etmək həqiqətən də asan məsələ deyil.

Layihədə diqqətimi çəkən digər bir nüans da montajdakı professionallıqdır. Bəhsi keçən teatr tamaşalarının görüntülərini müxtəlif mənbələrdən tapmaq və keyfiyyətli formada təqdim etmək peşəkar işin göstəricisidir. Hərdən layihədə rast gəldiyim nadir kadrlar məni çox təəccübləndirir. Görünən odur ki, yaradıcı heyət bu işin öhdəsindən yaxşı gəlir.

Veriliş zamanı səslənən faktların ədəbi şəkildə təqdimatını xüsusilə vurğulamaq istərdim. Məsələn, repressiya dövründə teatrımızın fəaliyyətindən danışarkən Fəxrəddin Manafov deyir: "Həmin vaxt Azərbaycan teatrının kulisində bəlkə də dövrünün ən böyük real faciələri oynanılırdı. Rollar tez-tez dəyişirdi. Bu gün ittiham edən sabah özü ittiham olunurdu. Qanla vəcdə gələnlərin alqışları altında pərdə enirdi və ya qalxırdı. Ən çətin, ən təhlükəli vəzifə isə millətin aydınlarının üzərinə düşürdü".

Bu çıxışdan sonra qeyd olunan tarixi faktlar, rəqəmlər, bir sözlə, informativ mətn insanı yormur, əksinə, daha çox maraq yaradır. Beləcə, tamaşaçı danışılan mövzunu həm emosional, həm də məntiqi yöndən mənimsəyə bilir.

Yaxşı olardı ki, proqramdakı informativlik yükünü nəzərə alaraq gedişatda müəyyən fərqliliklərə yer verilsin. Məlum məsələdir ki, bu tip layihələrin izləyici auditoriyası əsasən intellektual cəhətdən hazırlıqlı tamaşaçılardır. Buna baxmayaraq, ara-sıra müəyyən texnikalardan istifadə etmək verilişi daha axıcı və maraqlı edə bilər. Xüsusilə də, mövzunun hələ tam açılmadığı ilk hissədə müəyyən rəngarənglik yaratmaq olar ki, tamaşaçı gedişata adaptasiya olmaqda çətinlik çəkməsin. Bəzi buraxılışlarda bu tipli metodlardan istifadə olunub. Məsələn, Musiqili teatrdan bəhs olunan bölümün son hissəsində qonaq qismində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevi görürük. Fəxrəddin Manafov onunla söhbəti zamanı deyir:

- Əslində, biz bir-birimizlə lap çoxdan tanışıq. Bu səbəbdən də, məncə, rəsmi müraciət yersiz olar.

- Bəli, bizim tanışlığımız düz 45 ildir. 1979-cu ildə Tədris teatrında işlədiyim vaxtlarda bir tamaşada oynamışıq. Hətta mənim haqqımda yazılan kitabda həmin tamaşadan şəkillər yer alıb. Orada siz də varsınız.

- Zəhmət olmasa, o kitabı sonra mənə də göstərərsiniz, o şəkilləri görmək istəyirəm.

İki sənətkarın söhbəti. Həm informativlik var, həm də nostalgiyanın gətirdiyi emosionallıq. Bu kimi detallar verilişə xüsusi rəng qatır. Fəxrəddin Manafovun yerinə ixtiyari bir aparıcı olsaydı, bəlkə də bu gediş riskli görünə bilərdi. Ancaq Xalq artistinin yaradıcılıq fəaliyyəti imkan verir ki, incəsənət sahəsindəki digər qonaqlarla da maraqlı söhbətlərə şahid olaq.

Sonda yaradıcı heyətə bir tamaşaçı olaraq minnətdarlığımı bildirirəm. Çəkilən zəhmətin bəhrəsi göz önündədir. Kapitalizmin əsas söz sahibi olduğu rəqabət mühitində belə maarifçi layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. Proqram Medianın İnkişafı Agentliyinin və Audioviziual Şuranın dəstəyi ilə hazırlanır. Buna görə hər iki quruma xüsusi təşəkkür düşür, çünki bu cür layihələrin davamlılığı üçün əlavə dəstək mütləqdir. Əgər bu iş kütlənin ümidinə qalsa, çətin ki, belə layihələrin davamı gələ. Sözügedən iddianın doğruluq payını müəyyən etmək üçün "YouTube" platformasında verilişin izlənmə sayına baxa bilərsiniz. Məsələn, layihənin Azərbaycan teatr tarixinin az qala bir əsri əhatə edən maraqlı bilgilərlə zəngin son buraxılışına cəmi 193 baxış var...

https://www.youtube.com/watch?v=JayASEuFKV0

https://www.youtube.com/watch?v=pIqmo7-TD00

https://www.youtube.com/watch?v=tt16FKKAdas

Elməddin Cəfərov: "Heç vaxt qadın paltarı geyinmərəm" - Müsahibə "O, bilərəkdən xəyanət mövzularına meyil edir" - Elnarə Akimova "Mənim birinci dilim rus dilidir" - Ayaz Salayevlə müsahibə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Aprel 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri