Icma.az
close
up
RU
Fəzail Ağamalı yetirməsi Zahid Orucdan danışdı: “Cəsarəti çatmaz”

Fəzail Ağamalı yetirməsi Zahid Orucdan danışdı: “Cəsarəti çatmaz”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev vəzifədə işlədiyi dövrdə Zahid Orucun onunla münasibətlərinin hansı səviyyədə olması haqqında dəqiq məlumatım yoxdur. Ancaq onu deyə bilərəm ki, o, deputat olduğu zaman kəsiyində Ramiz Mehdiyevlə də normal münasibətləri var idi”.

Bunu “Yeni Sabah”a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı keçmiş müavini Zahid Orucla bağlı danışarkən bildirib.

Onun fikrincə, Z.Orucun Ramiz Mehdiyevlə birləşib Prezident İlham Əliyevə qarşı çıxması mümkün deyil: pizza hut

“Mənim tanıdığım Zahid Oruc Ramiz Mehdiyevlə birləşib İlham Əliyevə qarşı çıxa bilərmi?” sualına cavabım birmənalıdır: Mən bunu tamamilə istisna edirəm. Zahid Oruc Ramiz Mehdiyevlə birləşib Prezidentə qarşı çıxa bilməz və ona qarşı çıxmaq cəsarətində də deyil. Zahid Orucun bu səviyyəyə qalxmasında Ulu Öndərimizin və cənab Prezident İlham Əliyevin qayğısı böyük rol oynayıb. O, müsahibələrində İlham Əliyevə sədaqətini bundan sonra davam etdirəcəyini birmənalı şəkildə ortaya qoyub”.

AVP sədri söyləyib ki, nə Ramiz Mehdiyevin, nə də Zahid Orucun İlham Əliyevə qarşı çıxmaq potensialı var:

“Məsələnin ikinci tərəfi odur ki, həm Ramiz Mehdiyevin, həm də Zahid Orucun İlham Əliyevə qarşı çıxmaq potensialı sıfırdır. Əvvəla, İlham Əliyevin çox sədaqətli siyasi komandası var, mən də onun içində yer alıram. İkincisi isə cənab Prezidentin gücü, qüdrəti cəmiyyətdə qazanmış olduğu böyük rəğbət və nüfuz bu cür insanların Prezidentimizə hər hansı zərər verə biləcəyi imkanlarını tam istisna edir”.

Qeyd edək ki, Z.Oruc siyasətə Fəzail Ağamalının yanında başlayıb, onun müavini olub. O, 2013-cü ildə partiyadan çıxarılıb.

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Mətbuat R.Mehdiyevlə əlbir olan şəxslərin siyahısını yayıb. Onlardan birinin də Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc olduğu iddia edilir.

Əsmətxanım Rzazadə 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri