Icma.az
close
up
RU
Fəzail Ağamalını ölümə aparan səbəb Onlar bir birinin üzünə necə baxırlar?

Fəzail Ağamalını ölümə aparan səbəb Onlar bir birinin üzünə necə baxırlar?

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ana Vətən Partiyasının keçmiş sədri, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı vəfat edib. Siyasətçi 78 ildən bir neçə ay çox ömür sürdü. Bunun da təxminən 40 ilə yaxını siyasətdə keçib. 
F.Ağamalı alim idi, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə başlayanda elmi fəaliyyətlə məşğul idi. 
O, 1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunub və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
1971-1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışıb. 
1983-1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçüb.
Bundan sonra daha çox siyasətçi kimi fəaliyyət göstərib, Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında iştirak edib, Əbülfəz Elçibəyin hakimiyyəti dövründə nazir müavini və nazir əvəzi olub. 
1990-cı ildə Azərbaycanın ilk siyasi təşkilatlarından olan Ana Vətən Partiyasını yaradıb. 1995-ci ildən 2024-cü ilədək deputat olub. 
O, həmişə siyasi proseslərin mərkəzində yer alırdı, Milli Məclisin iclaslarında ən çox danışan, jurnalistlərə ən çox müsahibə verən siyasətçilərdən biri idi (elə siyasətçinin işi də budur).
Partiya sədrliyi, fasiləsiz olaraq deputatlıq F.Ağamalıya nələrsə qazandırmaqla yanaşı onun səhhətinə də ciddi təsir etmişdi. 
2022-ci ilin əvvəlində ağır ürək əməliyyatı keçirmişdi. 
Fəzail Ağamalı bu əməliyyat barədə danışarkən demişdi: "55 yaşınadək dərman içməmişəm. Sonralar səhhətimdə ciddi problemlər əmələ gəldi. Faktiki olaraq, iki dəfə ölümü o dünyada görüb qayıtmışam, ciddi əməliyyatlardan keçmişəm. Elə iki ay öncə ürəyimdən əməliyyat edilərkən kliniki ölüm keçirmişəm.
Həkimlərin səyi nəticəsində 16-17 saatdan sonra özümə gəlmişəm. Ayılanda özümü dərk edə bilmədim, danışmaq istədim, alınmadı. Ağır vəziyyətlərdə çalışmışam ki, yaxınlarım bilməsinlər. Düşünmüşəm ki, mənim yanımda olsalar, əziyyət çəkərlər...”. 
Amma bir hadisə var, bəlkə də onu Fəzail Ağamalını ölümə götürən səbəb kimi də qiymətləndirmək olar. Bu da Ana Vətən Partiyasının sədrliyi uğrunda onun övladları Günay Ağamalı və Elçin Ağamalı arasında baş verən qarşıdurmadır. 
Hələ illər əvvəl mətbuat tez-tez yazırdı ki, F.Ağamalı partiyanın sədrliyinə oğlu Elçin Ağamalını gətirmək istəyir. Fəzail müəllim heç özü də bunu gizlətmirdi. Bunun üçün oğluna siyasi təşkilatda İcra Aparatının rəhbəri, sədr müavini kimi vəzifələrdə də vermişdi.
F.Ağamalı hələ on il əvvəl deyirdi ki, Elçinin deputat olmasını istəyir: “Təbii ki, oğlumun seçkilərə qatılmasını birmənalı şəkildə istəyərdim. Çünki oğlumun iki ali təhsili var. İki tanınmış ali məktəbin - həm BDU-nun, həm də İdarəetmə Akademiyasının məzunudur. Eyni zamanda, 16 yaşından partiya sıralarına qoşulub. Arada dövlət strukturlarında çalışdığına görə fəaliyyətinə xitam vermişdi. Sonralar fəaliyyətini bərpa etdi və artıq siyasətçi kimi formalaşmaqdadır. Bu gün Azərbaycan dövlətçiliyinə öz töhfəsini verə biləcək səviyyədə hazırlıqlıdır. Bütün bunlarla bərabər, hər kəsin seçim imkanı var". (Modern.az)
Hətta müxtəlif vaxtlarda bəzi AVP üzvləri F.Ağamalının varis planına etiraz edərək partiyadan istefa veriblər. 
Amma nə oldu, nə baş verdisə F.Ağamalı 2024-cü ilin sentyabrın 1-də keçirilən parlament seçkilərindən əvvəl oğlunun üstündən xətt çəkdi. Bəlkə də o, bu qərarı daha əvvəl vermişdi, lakin proses məhz yuxarıda qeyd etdiyim dövrdə açıq müstəviyə keçdi. 
Yaratdığı partiyanı övladlarına təhvil verməkdə qərarlı olan Fəzail müəllim bu dəfə qızı Günay Ağamalını önə çəkdi. G.Ağamalını əvvəlcə özünə müavin qoydu, daha sonra özü parlament seçkilərində iştirak etməyərək qızının namizədliyini irəli sürdü. Günay Ağamalı 2024-cü il sentyabrın 1-də deputat mandatını alaraq Milli Məclisdə əyləşdi. 
Fəzail müəllimin bunun üçün nə qədər zəhmət çəkdiyinin şahidi olmuşam. Məsələn, seçkilərdən əvvəl o, qızına samballı bir tərcümeyi-halı düzəltməkdən ötrü dəridən-qabıqdan çıxırdı. Nəhayət, Günay Ağamalının elmi iş müdafiə edərək psixologiya üzrə fəlsəfə doktoru adını almasına nail oldu. 
Bu dövrdə Elçin Ağamalıdan səs-soraq yox idi. Taki 2025-ci il oktyabrın 25-dək. 
Fəzail Ağamalı görünür yaşını və səhhətini nəzərə alıb, partiyadakı son missiyasını yerinə yetirməyə tələsirdi. Plan isə belə idi: Günay Ağamalı Ana Vətən Partiyasının sədri olmalıdır. 
Siyasətin cikinə-bikinə yaxşı bələd olan Fəzail müəllim övladları arasındakı narazılığı nəzərə alıb sədr məsələsini səs-küysüz həll etmək istəyirdi. O, AVP-nin növbəti sədrinin müəyyənləşəcəyi qurultayı yarı gizli formada keçirmək qərarına gəlmişdi. Tədbirlə bağlı əvvəlcədən mətbuata açıqlama verilməmişdi  elan dərc olunmamışdı və jurnalistlər qurultaya dəvət olunmamışdı. 
Hətta partiya sədrinin müavini və sədrliyə namizəd Elçin Ağamalı bildirmişdi ki, qurultayın yerini və vaxtını ondan gizlədiblər. O, yalnız son anda başqa üzvlərdən tədbirin nə vaxt və harada keçiriləcəyini öyrənib özünü qurultaya çatdırıb. 
Amma Fəzail Ağamalının qızı üçün etdiyi bu fədakarlıqlar ilk mərhələdə uğursuzluğa düçar oldu. Bunun da səbəbi başqa adam deyildi - doğma oğlu Elçin idi. 
Atasının etirazlarına baxmayaraq, Elçin Ağamalı sədrliyə namizəd oldu və özünün dediyinə görə sədr də seçilib. 
F.Ağamalı isə qızı Günay Ağamalının namizədliyini irəli sürüb və onu müdafiə edib. İlk mərhələdə istəyinə nail ola bilməyən Fəzail müəllim son anda qurultayın işinə müdaxilə edib. 
O, qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb. 
Bu zaman Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə çatıb.
Bu məsələ gizli qalmadı, mətbuata çıxdı, sosial şəbəkələrdə yayıldı. Ata-oğul bir-birlərini ittiham etdilər. 
Sonda Elçin Ağamalı AVP-dən çıxarıldı. Yanvarın 24-də partiyanın qurultayı keçirildi. Yenə də gizli formada. Özü də yarı gizli deyil, tam gizli. Elçin Ağamalı bu dəfə tədbirin yerini və vaxtını öyrənə bilmədi. O, olmadığına qurultay sakit keçib və Günay Ağamalı AVP sədrliyində atasını əvəz edib.
Fəzail Ağamalı sonda öz istəyinə nail oldu, qızını partiya sədrliyinə gətirdi. Bundan cəmi 15 gün sonra dünyasını dəyişdi Fəzail müəllim. Bəs indi "Qızını partiya sədri etmək Fəzail Ağamalıya həyatı bahasına başa gəldi" demək olarmı? 
Fəzail Ağamalı bu məsələ barədə danışarkən demişdi ki, bu, bir valideyn kimi onun bədbəxtliyidir. 
"Bu, həm də mənim üçün ona görə ağırdır ki, problemləri yaradan mənim doğmaca oğlum oldu. Bu barədə söhbət etmək mənim üçün ağırdır. Mən hər zaman ailə dəyərlərinə, övlada xüsusi sevgi ilə yanaşan insanam. Ailə məsələlərində mühafizəkaram. Səbəbini bilmirəm ki, oğlum nədən bu cür aqressiv mövqedə olmaqda davam etdi".
İndi görəsən Elçin və Günay nə düşünürlər? Kim daha çox peşmanlıq yaşayır? Fəzail müəllimi yaşının bu çağında və səhhətinin ağır olduğu bir dövrdə gərgin vəziyyətə salan, stress yaşadan daha çox hansı övlad idi? 
Günay və Elçin bir-birlərinin üzünə necə baxırlar? Ümumiyyətlə baxırlarmı? Elçin Ağamalı atasının cənazəsini çiyinlərində daşıyanda nə düşünəcək? 
İmdad Əlizadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Fevral 2026 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri