FHN Ağdama mediatur təşkil etdi Fotolar
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə media nümayəndələrinin işğaldan azad olunmuş ərazilərdə Nazirlik tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatı ilə tanışlıq məqsədilə Ağdam rayonuna növbəti mediaturu olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını intensiv şəkildə davam etdirir.
Vətən müharibəsi başa çatdıqdan sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti də cəlb olunub. Əməliyyatlar müəyyən olunmuş istiqamətlər üzrə kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin ətrafında və su kanalları boyunca aparılır. Hazırda Ağdam rayonu ərazisində işlər intensiv şəkildə davam etdirilir.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində minatəmizləmə əməliyyatlarına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən “GCS-200” markalı, məsafədən idarə olunan müasir minatəmizləyən robotlarla təchiz olunub. Əməkdaşlar bu sahə üzrə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.
Bundan əlavə, minatəmizləmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərdən də istifadə olunur.
İşğaldan azad olunmuş ərazilərdə paralel olaraq bərpa və quruculuq işləri də sürətlə davam etdirilir, vətəndaşlarımızın doğma yurdlarına qayıdışı həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyi bölgəyə səfər edən və orada daimi yaşayan vətəndaşları, eləcə də quruculuq işlərində iştirak edən şəxsləri ehtiyatlı olmağa, minadan təmizlənməmiş ərazilərə girməməyə, yalnız müəyyən edilmiş və mina təhlükəsindən təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələrlə nişanlanmış zolaqlardan kənara çıxmamağa çağırır. Bu qaydaların pozulması insan həyatı üçün ciddi təhlükə yaradır.
Vətəndaşlardan mina və partlamamış hərbi sursat, əraziyə xas olmayan şübhəli əşyalar və ya ərazinin minalı olmasını göstərən hər hansı əlamət aşkar etdikdə həmin əşyalara toxunmamaları və dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat vermələri xahiş olunur.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 16 Oktyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















