FHN əməliyyat görüntüləri yayıb VİDEO
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə ondördmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2017-ci il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.
Bu mövzuda digər xəbərlər:FHN əməliyyat görüntüləri yayıb VİDEO
08 Yanvar 2025 11:07
Baxış sayı:144
Bu xəbər 24 Dekabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















