Icma.az
close
up
RU
FHN in birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib FOTOLAR

FHN in birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib FOTOLAR

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə “Baku Marriott Hotel Boulevard”da “Dönüş nöqtəsi” konsept mesajı altında III Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib.

Zirvə toplantısının keçirilməsində əsas məqsəd sənaye təhlükəsizliyi, texnoloji yeniliklər, iqlim dəyişikliyi və sosial transformasiyalar fonunda formalaşan yeni yanaşmalar, innovasiyalar və qlobal təcrübələrin müzakirəsi üçün strateji platforma rolunu oynamaqdır.

Tədbirdə açılış nitqi ilə çıxış edən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev sənaye təhlükəsizliyinin yalnız texniki məsələ olmadığını, milli təhlükəsizliyin, dayanıqlı inkişafın və ən əsası – insan həyatının qorunmasının əsas sütunlarından biri olduğunu qeyd edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf kursuna uyğun olaraq ölkədə təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, risklərin minimuma endirilməsi və innovasiya yönümlü idarəetmənin gücləndirilməsi prioritetlər sırasında müəyyən edilib. Fövqəladə Hallar Nazirliyi bu prioritetləri ardıcıl, kompleks və proaktiv şəkildə həyata keçirir.

Zirvədə iştirak edən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında sənaye təhlükəsizliyinin müəssisələrin dayanıqlı inkişafı üçün vacib amil olduğundan və bu sahədə sahibkarlara dəstək mexanizmlərinin gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Sonra çıxış edən Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə Azərbaycan sənayesi üçün əsl dönüş nöqtəsinin süni intellekt və texnoloji yenilikləri izləmək deyil, onları sənaye təhlükəsizliyinin ayrılmaz hissəsinə çevirən lider ölkələr sırasına qoşulmaq olduğunu vurğulayıb.

“SOCAR Downstream Management”in baş direktoru Emil Alxaslı çıxışında neft-qaz sektorunda təhlükəsizliyin təkcə istehsal prosesinin deyil, həmçinin korporativ mədəniyyətin ayrılmaz hissəsi olduğunu qeyd edib. O, bildirib ki, SOCAR bu istiqamətdə beynəlxalq standartlara uyğun innovativ yanaşmaları tətbiq etməyə davam edir.

Digər natiqlər də ölkəmizdə sənaye təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyindən və bu sahədə qabaqcıl təcrübələri paylaşmaqla Azərbaycanın iş mühitini daha etibarlı, dayanıqlı gələcəyə aparılması işinə dəstək verilməsinin əhəmiyyətindən danışıblar.

Sənaye Təhlükəsizliyi Zirvəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası arasında sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində mühüm əhəmiyyətə malik üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində tərəflər təhlükəsizlik normativləri, ISO idarəetmə sistemləri və ESG prinsipləri üzrə birgə fəaliyyət göstərəcəklər.

Zirvə, eləcə də “Qırmızı xətt” panelindən, “Safe Talks” adlı interaktiv müzakirə sessiyasından ibarət olmaqla 10-dək spiker və moderatorun, həmçinin 300-dən çox rəhbər, idarəçi və qərarverici şəxslərin iştirakı ilə təşkil olunub.

Tədbirin sonunda “HSE Awards” təltifetmə mərasimi çərçivəsində SƏTƏMM sahəsində fərqlənmiş şəxslər, müəssisə və təşkilatlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Dekabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri