Icma.az
close
up
RU
FHN in dəstəyi ilə AEBA tərəfindən ekspert missiyası keçirilib VİDEO

FHN in dəstəyi ilə AEBA tərəfindən ekspert missiyası keçirilib VİDEO

Icma.az, Apa.az saytına istinadən bildirir.

Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) dəstəyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən nüvə hüququ sahəsində beynəlxalq sənədlərə və əsas tələblərə həsr olunmuş maarifləndirici ekspert missiyası keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, missiyanın məqsədi nüvə və radiasiya təhlükəsizliyi sahəsində beynəlxalq hüquqi sənədlər, onların tətbiqindən irəli gələn öhdəliklər və vahid milli qanunvericiliyin əsas elementləri barədə qərar qəbul edən şəxslərə ətraflı məlumat vermək, maraqlı tərəflərin iştirakı ilə milli seminar və aidiyyəti qurumlarla ikitərəfli görüşlər keçirmək olub.

Müxtəlif dövlət qurumlarından 50 nəfərdən çox əməkdaşın iştirak etdiyi tədbirdə üç günlük proqram çərçivəsində AEBA ekspertləri beynəlxalq hüquqi sənədlər, onların tətbiqi mexanizmləri və üzv dövlətlərin öhdəlikləri barədə əhatəli təqdimatlar ediblər. Tədbirdə, həmçinin nüvə və radiasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyət, beynəlxalq tələblər və gələcək prioritetlər geniş müzakirə olunub, nüvə texnologiyalarının tətbiqi üzrə görülən işlər və bu sahədə çalışan mütəxəssislərin peşəkar potensialının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin son günü NRFTDA və AEBA nümayəndələri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları ilə ikitərəfli görüşlər keçirilib və müzakirələr aparılıb.

Ölkəmizdə nüvə və radiasiya təhlükəsizliyinin tənzimlənməsi infrastrukturu və normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində aparılan işlər fonunda təşkil olunan ekspert missiyası mövzu ilə bağlı faydalı müzakirələrin və gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə şərait yaradıb.

Qeyd edək ki, AEBA-nın fəaliyyət istiqamətlərindən biri üzv ölkələrdə qanunvericiliyin təkmilləşdirilməsinə dəstək göstərməkdir. Bu məqsədlə hər il AEBA-nın Hüquq Departamenti ilə üzv dövlətlər arasında ehtiyaclara uyğun olaraq “Qanunvericilik üzrə iş planı” qəbul edilir. Bakı şəhərində keçirilən ekspert missiyası da məhz həmin təşəbbüsün tərkib hissəsi kimi təşkil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Noyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri