FHN in kişilərdən ibarət Xilasedici voleybol komandası Çelenc Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çelenc Kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” komandası 20 noyabr 2025-ci il tarixində Nazirliyin İdman-sağlamlıq klubunun arenasında 1/32 final mərhələsi çərçivəsində cavab oyununa çıxıb. Təmsilçimizin rəqibi Rumıniyanın “Steaua” klubu olub.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfərdə 0:3 hesabı ilə məğlub olan komandamız cavab oyununda 3:1(25:23, 25:17, 15:25, 28:26) hesabı ilə qalib gəlib. Növbəti mərhələyə vəsiqə qazanan komandanı müəyyənləşdirmək üçün isə qızıl set oynanılıb. Həlledici setdə “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək 1/16 finala vəsiqə qazanıb.
Növbəti mərhələdə komandamızın rəqibi Belçikanın “Lindemans” klubu olacaq. İlk oyun 2026-cı il yanvar 7-də Belçikada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 Noyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















