FHN in qurumları arasında çoxnövçülük üzrə çempionat keçirilib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman bazasında FHN-in qurumları arasında çoxnövçülük üzrə çempionat keçirilib.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN-in qurumlarının ümumilikdə 14 komandasından 60-a yaxın əməkdaşın qatıldığı birincilikdə iştirakçılar 100 və 1000 metr məsafəyə qaçış, daşqaldırma və turnikdə dartınma növlərində həm şəxsi, həm də komanda hesabında qüvvələrini sınayıblar.
Tədbirin bağlanış mərasimində, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda qalib gələn komandaları və əməkdaşları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb. Çıxışlarda FHN-in əməkdaşlarının dövlət qurumları arasında keçirilən müxtəlif idman yarışlarındakı uğurlarından bəhs edilib.
Sonra çempionatda uğur qazanmış komandalar və iştirakçılar təltif olunublar.
Belə ki, 3 gün davam edən yarışda Bakı Regional Mərkəzinin komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Çempionatda ikinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının komandası layiq görülüb.
Şəxsi yarışlarda çempion adını FHN-in Akademiyasının kursantı Murad Balayev qazanıb. İkinci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Pirim Abbasov, üçüncü yerə isə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Orxan Şahgəldiyev sahib olub.
Qaliblərə İdman-sağlamlıq klubunun təsis etdiyi kubok, diplom, medal və hədiyyələr təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 18 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















