Icma.az
close
up
RU
FHN in təşkilatçılığı ilə AZƏRTAC da təlim keçirilib

FHN in təşkilatçılığı ilə AZƏRTAC da təlim keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) fövqəladə hallara hazırlığın artırılması məqsədilə kompleks təlim keçirilib. Təlimin əsas məqsədi qurumun əməkdaşlarına fövqəladə hallarda, xüsusilə də yanğınlar və zəlzələlər zamanı düzgün davranış vərdişlərinin aşılanması, həmçinin təhlükəsizlik qaydaları və təxliyə planları ilə tanışlığın təmin edilməsi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Tibb xidmətlərinin müvafiq canlı qüvvəsi və texnikası iştirak edib. Təlim iki əsas mərhələdən – nəzəri və praktiki hissələrdən ibarət olub.

Təlimin nəzəri hissəsində FHN-in mütəxəssisləri tərəfindən AZƏRTAC kollektivi üçün geniş maarifləndirmə sessiyası təşkil olunub. Sessiya çərçivəsində fövqəladə hallarla bağlı, o cümlədən yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə vacib tədbirlər, elektrik avadanlıqlarından düzgün istifadə, ilkin yanğınsöndürmə vasitələrinin tətbiqi, həmçinin ictimai obyektlərdə baş verə biləcək yanğınlar zamanı davranış qaydaları ətraflı izah edilib. Eyni zamanda, zəlzələ və ildırım hadisələri zamanı təhlükəsiz davranış qaydaları və təxliyə ilə bağlı geniş məlumat verilib. Təqdimatlar tematik videoçarxlarla nümayiş olunub.

Ardınca təlimin praktiki mərhələsinə start verilib. AZƏRTAC-ın binasında şərti yanğın elan edilib və dərhal “Həyəcan” siqnalı verilib. Yanğınsöndürən briqada operativ şəkildə hadisə yerinə cəlb olunaraq “yanğınla mübarizə” tədbirlərinə başlayıb. Əməkdaşların təxliyəsi təxliyə planına uyğun olaraq təhlükəsiz və ardıcıl şəkildə həyata keçirilib. Şərti yanğında “zərərçəkmişlər” müvafiq qaydada binadan çıxarılıb, təhlükəsiz zonaya yerləşdirilib və onlara “ilkin tibbi yardım” göstərilib.

Təlimin sonunda iştirakçılar və müşahidəçilər tərəfindən prosesin təşkili və icrası yüksək qiymətləndirilib. Qeyd olunub ki, belə praktiki təlimlər əməkdaşların fövqəladə hallarda operativ reaksiya vermək bacarıqlarını artırmaqla yanaşı, real vəziyyətlərə hazırlıqlı olmasına töhfə verir.

Təlim uğurla yekunlaşıb və qarşıya qoyulan bütün məqsədlərə nail olunub. FHN-in nümayəndələri belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri