Icma.az
close
up
RU
FHN Zəfər Gününə həsr olunmuş “açıq qapı” günü keçirdi Video

FHN Zəfər Gününə həsr olunmuş “açıq qapı” günü keçirdi Video

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Vətən müharibəsi şəhidlərinin övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı” günü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumlarının rəhbərləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Gənclər və İdman, Təhsil idarələrinin, yerli hüquq-mühafizə orqanlarının məsul şəxsləri iştirak ediblər.

Tədbirin açılışında Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbriklərini çatdıran FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov prezident, cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyətindən danışaraq güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük zəfərin qazanıldığını iftixar hissilə dilə gətirib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ramal Baxşızadə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdən və xalqımızın mübarizə əzmindən söz açıb, əsgər və zabitlərimizin qəhrəmanlıqlarını qeyd edib.

Şəhid atası Fəttah Xosrofov ölkə rəhbərliyinin şəhid ailələrinə diqqət və qayğısından söz açıb, gənclərin böyük zəfərin əldə olunmasındakı rolundan danışıb. O, Vətən müharibəsi şəhidlərinin övladları üçün bu kimi tədbirlərin təşkilinə görə Fövqəladə Hallar Nazirliyinə təşəkkürünü bildirib.

“Açıq qapı” günündə uşaqlara Cənub Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən xilasetmə və yanğınsöndürmə texnikası və avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.

Həmçinin, uşaqların vətənpərvərlik mövzusunda çıxışları maraqla izlənilib.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu kimi tədbirlər mütəmadi olaraq təşkil olunur.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri