Sanksiyanı 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vergi borclarına görə hesablanan gecikmə faizlərinin azaldılması və maliyyə sanksiyalarının vaxtından əvvəl ödənilməsinə güzəşt tətbiqi təklif olunur. Bu dəyişikliklər sahibkarlar üçün nəyi asanlaşdıracaq?
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev:

"Layihənin əsas istiqamətlərindən biri, qeyd etdiyimiz kimi, sahibkarların vergi və maliyyə yükünün optimallaşdırılmasıdır. İndiyədək sahibkarın vergi borcu olduqda borcun ödənilmədiyi müddətdə hər gecikdirilmiş günə görə əsas vergi borcunun 0,1 faizi həcmində faiz hesablanırdı. Növbəti ildən bu faiz dərəcəsinin 0,05 faizə endirilməsi, yəni 50 faiz azaldılması təklif olunur.
Eyni zamanda, digər bir dəyişiklik də sahibkarlara tətbiq olunan maliyyə sanksiyaları ilə bağlıdır. Belə ki, sahibkar tətbiq edilmiş maliyyə sanksiyasını 10 iş günü ərzində ödədiyi təqdirdə, sanksiyanın 10 faizi həcmində güzəştdən yararlana biləcək".
Təklif Vergi Məcəlləsinə dəyişiklik layihəsinə daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 11 Noyabr 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















