Icma.az
close
up
RU
FİBROMİALGİYA. Əzələ və liflərdə ağrılar

FİBROMİALGİYA. Əzələ və liflərdə ağrılar

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fibromialgiya – müxtəlif intensivlikli və lokalizasiyalı simmetrik dərin əzələ-sklet ağrıları, yorğunluq, yuxu pozğunluğunun olması ilə müşayiət olunan xəstəlikdir.

Bu zaman ağrılar iltihabi xarakterli olmur. Xəstəlik orta yaşlı qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir. Fibromialgiyanın kəskinləşməsi zamanı xəstənin əmək qabiliyyəti enir.

Zədələnmiş nahiyənin MRT (maqnit rezonans tomoqrafiya) və ya USM (ultrasəs müayinə) zamanı heç bir üzvi dəyişiklik aşkar olunmur. Diffuz xroniki ağrı olduğundan fibromialgiyanı bəzən “yumşaq toxumaların generalizə olunmuş revmatizması” da adlandırırlar.

“Fibromialgiya” sözünün tərcüməsi “əzələ və liflərdə ağrı” deməkdir. Əzələ ağrıları 3 aydan çox davam edir və yanaşı olaraq yorğunluq və yuxu pozğunluğu da əlavə olunur. Bəzi xəstələrdə psixoloji simptomlar (depressiya və ya həyəcan) da rast gəlinir.

Səbəbləri və risk faktorları

Fibromialgiyanın səbəbləri tam öyrənilməyib. Bu xəstəlik əzələ və oynaqların qeyri iltihabi revmatik xəstəliyidir. Müasir dövrdə ən geniş yayılmış hipotezlərdən biri xəstənin mərkəzi sinir sistemi tərəfindən ağrının fərqli qəbul olunmasıdır. Belə xəstələrdə ağrının qıcıq qapısı daha aşağıdır, məhz buna görə də beyin, hətta işıq qıcıqlarını da ağrı kimi qəbul edir. Bunun əsas səbəblərindən biri kimi serotoninin aşağı olması göstərilir. Təkan verici faktor kimi aşağıdakıları səbəb göstərmək olar:

1. Stres, fiziki və emosional travma

2. Qeyri-sağlam həyat tərzi (siqaret çəkmək, piylənmə, az fiziki aktivlik)

3. Orta yaş və qadın cinsi – fibromialgiya əsasən 40-60 yaş arası qadınlarda daha çox rast gəlinir. Fibromialgiyanın birincili (səbəb olmadan yaranır) və ikincili olmaqla iki növü ayırd edilir: İkincili fibromialgiya – bəzi xəstəliklərin nəticəsi kimi yaranır. Bu xəstəliklərə aiddir: 

- Digər revmatik xəstəliklər (revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, ankilozlaşan spondiloartrit, polimiozit)

- Mərkəzi və periferik sinir sistemi xəstəlikləri

- İnfeksion xəstəliklər - virus infeksiyaları (Epşteyn – Barr, hepatit virusu)

- Şiş xəstəlikləri

- Hormonal balans pozğunluqları (hipertireoz və s.)

Simptomlar

Əsas simptomu – xroniki yayılmış ağrıdır. Xəstə dərin əzələlərdə yanğı, pulsasiya, keyimə və iynə batma hiss edir. Hətta bəzən xəstəyə elə gəlir ki, əzələ və oynaqlar şişib. 

Müxtəlif intensivlikli ağrılar: fibromialgiya zamanı ağrının intensivliyi hava dəyişkənliyindən, temperaturdan, stres və fiziki aktivlikdən asılı olur. Bəzi xəstələrdə ağrı səhər saatlarında daha çox olur, gün ərzində getdikcə azalır. Ümumilikdə isti və mülayim dərəcədə aktivlik fibromialgiya simptomlarını azaldır. 

Baş ağrıları: əzələ ağrılarından əlavə belə xəstələrdə baş ağrıları və ya miqren də rast gəlinir. Bəzən qarında ağrı, diarreya və ya qəbizlik ilə müşayiət olunan qıcıqlanmış bağırsaq sindromu  da rast gəlinə bilər.

Üzdə ağrı: fibromialgiyanın xüsusi bir forması olan gicgah-çənə oynağı sindromu zamanı üzdə və çənədə ağrı, çənə oynağında hərəkət məhdudluğu, çeynəmə zamanı ağrı olur. 

Fibromialgiya zamanı ağrı nöqtələri: Əgər 18 nöqtədən 11-də mexaniki qıcıqlanma zamanı ağrı olursa, “fibromialgiya” diaqnozu təsdiqlənmiş sayılırdı. Hazırda tək ağrılı nöqtələrin olması bu xəstəlik üçün diaqnostik kriteri sayılmır. Bununla yanaşı aşağıdakı simptomların da olması vacibdir:

- 3 aydan az olmayan vaxt ərzində bədənin müxtəlif nahiyələrində xroniki ağrılar

-  Yorğunluq və halsızlıq

- Yuxu pozğunluğu

- Əllərdə və ayaqlarda hərəkət məhdudluğu

- Fiziki və əqli əmək qabiliyyətinin enməsi

- Gərginlik və baş ağrıları

- Xroniki qıcıqlanmış bağırsaq sindromu

- Qıcolmalar

- Hava dəyişikliyinə həssas olurlar, fiziki gərginlik, stres zamanı ağrılar artır 

- Diqqətin yayınması

- Əhval ruhiyyənin aşağı

Yorğunluq və yuxusuzluq: Əksər hallarda xəstələrdə yorğunluq və yuxusuzluq da rast gəlinir. Belə xəstələr adətən asanlıqla yuxuya gedirlər, amma gecə tez-tez ayılırlar. Fibromialgiyası olan xəstələrdə yuxuda apnoe halı da tez-tez təsadüf olunur. Gecə tənəffüsdə qısa fasilələr yaranır, nəticədə ürək-damar xəstəliklərinin yaranma riski artır. Yuxu pozğunluğu xroniki yorğunluq sindromuna səbəb ola bilər. 

Narahat ayaq sindromu: fibromialgiyalı xəstələrdə çox təsadüf olunur. Bu zaman sakit vəziyyətdə ayaqlarda iynə batma hissi və ağrılı dartınma hissi olur. Ancaq idman hərəkətləri ilə bu əlamətləri azaltmaq olur. 

Fibromialgiyanın digər əlamətləri: Bəzən gözlər ətrafında ödem və şişkinlik, görmə pozğunluğu, göz önündə qara nöqtələr olur. Bəzi xəstələrdə emosional şikayətlər də olur: əsəbilik, daxili narahatlıq, depressiya, həyəcan pozğunluqları.

Hiperhəssaslıq: fibromialgiyası olan xəstələr bəzi qıcıqlandırıcılara: qoxu, səs və ya işığa qarşı həssas olurlar. Xəstələrdə bəzi vegetativ simptomlar: tremor (əsmə), hiperhidroz (yüksək tərləmə) və soyuq barmaqlar da rast gəlinə bilər. 

Fibromialgiyanın ağırlıq dərəcəsi

Fibromialgiyanın ağırlıq dərəcəsi xəstədən xəstəyə fərqlənir. Yüngül formasında bədənin müxtəlif yerlərində ağrıdan əlavə, heç bir fiziki şikayət və emosional simptom olmur. Bu şikayətlər demək olar ki xəstənin həyat keyfiyyətinə təsir etmir. Ağır formasında xroniki ağrı ilə yanaşı digər fiziki və emosional simptomlar büruzə verə bilər. 

Diaqnostikası

Əksər hallarda diaqnozun qoyulması çox vaxt aparır, çünki kliniki mənzərəsi müxtəlif olur. Diaqnostika ancaq xəstənin subyektiv əlamətlərinə əsasən qoyulur. Müasir diaqnostika metodları adətən, xəstədə xəstəliyə səbəb ola biləcək heç bir anomaliya aşkarlamır. Fibromialgiya zamanı Rentgen, KT (kompyuter tomoqrafiya), MRT (maqnit rezonans tomoqrafiya) vasitəsilə ağrılı nahiyələrdə heç bir patoloji dəyişiklik aşkarlanmır. Ümumi laborator analizlərdə də heç bir dəyişiklik qeyd olunmur.  

Fibromialgiyanın müalicəsi

Fibromialgiyanın tam müalicəsi yoxdur. Amma düzgün müalicə olunduqda fibromialgiyanın əlamətlərini azaltmaq mümkündür. Müvafiq müalicə üsulu fibromialgiyanın siptomlarının ağırlıq dərəcəsindən asılı olaraq seçilir.

Fibromialgiya əzələ və oynaqlarda geridönməz dəyişikliklər yaratmadığından əlilliyə səbəb olmur. Ancaq xroniki ağrı və digər simptomlar xəstənin həyat keyfiyyətinə təsir göstərir. Erkən başlanan müalicə zamanı effekt daha tez əldə olunur. 60 yaşdan sonra fibromialgiya əlamətləri adətən keçib gedir. 

Fibromialgiyanın müalicəsində istifadə olunur:

- Fiziki hərəkətlər:

Yürümək

Üzgüçülük

Velosiped sürmək

Akupunktura

Nevral terapiya

Osteopatiya

- Fizioterapiya - isti prosedurlar fibromialgiya simptomlarını azaldır. Ancaq bəzi pasientlər krioterapiyanın (soyuqla müalicə) müsbət təsirini qeyd edirlər. Müalicəvi vannalar da sakitləşdirici təsir göstərir. Fibromialgiya zamanı masaj məsləhət olunmur. 

- Reabilitasiya

- Dərman müalicəsi:

Qamma amin yağ turşusu analoqları

Miorelaksantlar

Antidepresantlar

Qıcolma əleyhinə preparatlar 

- Psixoterapiya - xəstənin ağrılarının nə dərəcədə güclü hiss olunması onun şikayətlərinə olan daxili münasibətindən asılı olur. Koqnitiv-davranış terapiyası zamanı xəstə ağrını qiymətləndirməyi öyrənir. 

Müəllif: Əli Əlizadə, revmatoloq, osteopat

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see301

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see218

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see203

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see193

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see189

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see185

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see176

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see170

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see167

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

21 May 2026 14:25see164

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see164

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see163

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see160

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see157

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see154

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see152

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see151

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see151

Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub FOTO

21 May 2026 14:12see149

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri