FIFA dan UEFA ya ittiham: İnfantino barədə yalan məlumat yayılıb
Icma.az bildirir, Sherg.az portalına istinadən.
FIFA UEFA-nı Canni İnfantinonun yenidən prezident seçilməsinə xələl gətirmək məqsədilə onun haqqında yalan məlumat yaymaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin məlumatına görə, FIFA-nın Mayamidə təqdim etdiyi məhkəmə sənədində UEFA-nın Dünya Kubokunun səhmlərinin özəl investorlara satılması cəhdi ilə bağlı sübutların təqdim edilməsinə mane olmağa çalışdığı bildirilib.
Qeyd edək ki, UEFA avqust ayında ABŞ federal məhkəməsinə müraciət edərək Dünya Kubokunun kommersiya hüquqlarının törəmə şirkətə ötürülməsi planı ilə bağlı İsveçrədə İnfantinoya qarşı başlanması nəzərdə tutulan cinayət işi üçün ifadə və sənədlərin əldə edilməsinə icazə verilməsini istəyib.
UEFA İnfantinonun Dünya Kubokunun hüquqlarının satışı təklifindən şəxsi mənfəət əldə etməyə çalışdığını iddia edir. FIFA isə bu iddiaları rədd edib.
FIFA-nın açıqlamasında UEFA-nın İnfantinonun hər hansı qanunu və ya etik prinsipi pozması ilə bağlı iddialarının “tamamilə əsassız” olduğu bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 29 Sentyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















