FIFA Meksikada tarixi qalada ziyafət təşkil etdi: Prokurorluq araşdırmalara başladı
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, tədbirdə FIFA prezidenti Canni İnfantino və Meksika Prezidenti Klaudiya Şeynbaum iştirak edib.
Nəşrin məlumatına görə, araşdırmanın aparılması faktı Meksika Milli Antropologiya və Tarix İnstitutunun (INAH) FIFA-nın iyunun 10-da obyektin istifadəsi üçün ödədiyi 1.3 milyon pesodan (təxminən 74.3 min dollar) çox məbləğə dair qəbzi məxfiləşdirməsindən sonra təsdiqlənib.
Qurum jurnalistlərin sənədlə bağlı sorğusunu rədd edib və bildirib ki, məlumatın açıqlanması prokurorluğun apardığı açıq istintaqın məxfiliyini poza bilər.
Araşdırma iyunun 23-də INAH tədqiqatçılarından ibarət qrupun Baş Prokurorluğa rəsmi şikayət verməsindən sonra başlayıb. Alimlər bildiriblər ki, Milli Tarix Muzeyinin (hazırda Çapultepek qalasında yerləşir) məkanlarının özəl bayram tədbiri üçün istifadəyə verilməsi tarixi, bədii və arxeoloji abidələrin qorunması ilə bağlı konstitusiya və federal qanunlara zidd ola bilər.
Dünya çempionatının başlanması münasibətilə keçirilən tədbirdə 200-dən çox xarici nümayəndə iştirak edib.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçirilib. Turnir tarixdə ilk dəfə üç ölkənin - Meksika, ABŞ və Kanadanın ev sahibliyi ilə təşkil olunub. Meksikada oyunlar Mexiko, Qvadalaxara və Monterrey şəhərlərində baş tutub. İspaniya millisi finalda Argentinanı üstələyərək dünya çempionu olub.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:329
Bu xəbər 26 İyul 2026 07:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















