FIFA prezidenti: Dünya liderlərinin toplaşdığı COP29a dəvət almaq şərəfli idi İdman və Biz
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qlobal iqlim problemlərini həll etmək üçün dünya liderlərinin toplaşdığı Bakıda keçirilən COP29-a dəvət almaq şərəfli idi".
İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabında yazıb.
O, paylaşımında tədbirdə planetin, həmçinin futbolun gələcəyini Prezident İlham Əliyev, bir çox dövlət başçısı və hökumət nümayəndəsi ilə müzakirə etdiyini bildirib.
"FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühit və iqlimin qorunmasına ciddi yanaşır. Buradakı tədbirdə iştirak edən hər kəsin ümimi məqsədi var ki, bundan məmnun oldum: uşaqlarımız və onların gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm", - ali futbol qurumunun rəhbəri vurğulayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Noyabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















