FIFA prezidenti: Tramp məndən Rusiya xahişi etməyib
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
"Donald Tramp məndən Rusiya millisinin 2026-cı il dünya çempionatında iştirakına icazə verməyimi xahiş etməyib".
Bakıvaxtı.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampla görüşü barədə danışarkən deyib.
55 yaşlı funksioner futboldan daha vacib mövzuların olduğunu bildirib: "Düşünürəm ki, sülh danışıqları gedərkən futbol vacib mövzu olmamalıdır. Amma istəyimiz mundialda bütün ölkələrin olmasıdır".
Qeyd edək ki, Rusiya Ukrayna ərazilərini işğal etdiyi üçün 2022-ci ilin fevralında FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. DÇ-2026-nın ev sahibləri ABŞ, Meksika və Kanada olacaq.
Baxış sayı:77
Bu xəbər 01 Mart 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















