FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
FIFA-nın Apellyasiya Komitəsi İspaniya Kral Futbol Federasiyasının “Barselona”nın futbolçusu Qavinin cəzasının dondurulması ilə bağlı müraciətini rədd edib.
Bakıvaxtı.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 22 yaşlı oyunçu dünya çempionatının finalında Argentina millisinin üzvü Leandro Paredeslə yaşadığı insidentə görə bir oyunluq cəzalandırılıb. İspaniya tərəfi cəzanın bir il müddətinə dondurulmasını istəyib və buna DÇ-2026-da ABŞ yığmasının hücumçusu Folarin Baloqunun oxşar cəzasının dayandırılmasını nümunə göstərib.
Lakin FIFA bu müraciəti də rədd edərək Qavinin bir oyunluq cəzasını qüvvədə saxlayıb. Beləliklə, futbolçu sentyabrın 26-da Londonda İngiltərəyə qarşı keçiriləcək Millətlər Liqası matçında iştirak edə bilməyəcək. Qavinin sentyabrın 29-da Xorvatiyaya qarşı oyunda meydana çıxması mümkündür.
Baxış sayı:86
Bu xəbər 18 Sentyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















