Icma.az
close
up
RU
FİFA referisi: Azərbaycanı Avropa çempionatında təmsil etmək mənim üçün şərəfdir

FİFA referisi: Azərbaycanı Avropa çempionatında təmsil etmək mənim üçün şərəfdir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Hakim kimi bu dəfə qitənin ən ali yarışında Azərbaycanı layiqincə təmsil etməyi özümə şərəf bilirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan hakimliyi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alan futzal üzrə FİFA referisi Hikmət Qafarlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O, bu təyinatı Azərbaycan hakimliyi adına böyük uğur hesab etdiyini deyib: “Avropa çempionatı kimi bir yarışın final mərhələsinə təyinat almaq hər bir hakimin arzusu, istəyidir. Mənim üçün bu arzunun reallaşması ikiqat sevindiricidir. Çünki milli komandamız hər dəfə final mərhələsinə vəsiqə qazanaraq ölkəmizi təmsil etsə də, hakimlərimizlə bağlı belə bir təyinat olmurdu. Bu dəfə hakim olaraq ölkəmizi final mərhələsində təmsil etməyimiz Azərbaycan hakimliyi adına böyük uğurdur. Bizim hər zaman hakimlik ənənəmiz, məktəbimiz olub. İki il əvvəl 19 yaşadək futzalçılar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinə də təyinat almışdım. Təbii ki, böyüklərin yarışı gənclərlə müqayisə olunmaz. Burada sürət, dinamika, peşəkarlıq daha yüksək səviyyədədir”.

Referi bu təyinatın gözlənilən olduğunu qeyd edib. “Bu ilin oktyabrında Sloveniyanın paytaxtı Lyublyanada final mərhələsinin oyunlarını idarə etmək üçün UEFA tərəfindən hakim seçimi edildi. Həmin tədbirə mən də dəvət almışdım. Bu dəvət bir qədər gözlənilməz oldu. Çünki bu ilin yanvarında UEFA-nın I kateqoriyasına yüksəlmişdim. Ora isə adətən elit kateqoriyanın hakimlərini dəvət edirdilər. Bizdən fiziki, nəzəri və praktik imtahanlar götürüldü. 42 hakim dəvət edilmişdi, yekunda 32 referi seçildi. 32 nəfərin arasında yer almaq böyük uğurdur”.

Təcrübəli hakim uğura gedən yoldan da danışıb: “İstənilən sahədə uğur qazanmaq üçün əziyyət çəkməli, işinə peşəkar yanaşmalı və onu sevərək etmək vacibdir. O zaman uğur da gələcək. Biz də çalışırıq ki, fiziki göstəricilərimiz, nəzəri biliklərimiz yüksək olsun”.

H.Qafarlı final mərhələsinə qədər əsas mərhələdə də iş başında olduğunu bildirib: “Avro-2026-nın seçmə mərhələsinin oyunları 2024-cü ilin sentyabrından 2025-ci ilin aprelinədək keçirildi. Həmin müddətdə digər həmkarlarımla bərabər 3 oyuna təyinat aldıq. Futzalda oyunların sayının az olduğunu nəzərə alsaq, bu göstərici zəif deyil”.

O, bu təyinatın digər həmyerlilərimizin də karyerasına müsbət təsir edəcəyini vurğulayıb: “Azərbaycanlı hakimin qitənin ən reytinqli yarışının final mərhələsinə təyinat alması bizə olan inamın, etibarın göstəricisidir. Bu həm yerli hakimlərimiz üçün stimul olacaq, həm də gələcəkdə yeni bir çığır açacaq. Ümid edirəm ki, bu, ənənə halını alacaq və belə mötəbər yarışlara təyinatlar davamlı olacaq. Hazırda digər FİFA referilərimiz də UEFA bayrağı altında keçirilən oyunlara təyinatlar alırlar. Eyni zamanda, məni təbrik edən, təyinatıma və uğurlarıma sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Milli komanda səviyyəsində hər zaman uğur qazanmışıq. Təsadüfi deyil ki, son 6 Avropa çempionatının final mərhələsində yığmamız iştirakçılar sırasında olub. Bu dəfə qitə yarışında hakimlik səviyyəsində təmsil olunacağıq. Həmkarlarıma və komandalarımıza gələcək yarışlarda uğurlar arzulayıram”.

Qeyd edək ki, Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avro-2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. O, turnir zamanı Latviya və Litvada keçiriləcək matçları idarə edəcək. Qitə birinciliyinin oyunları 2026-cı ildə yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri