“Filan toyda niyə yox idin, o yasda hardaydın?” Zəlimxan Yaqubun övladlarından maraqlı tələbləri
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
“Atam seçimimizə qarışırdı, amma çox yox, hər şeydə yox. Axı dostluğumuz var idi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Günün səsi”nə müsahibəsində Xalq şairi Zəlimxan Yaqubun oğlu, prokuror Bəhlul Yaqubov deyib.
Onun sözlərinə görə, atası onları çərçivəyə salmazdı:
“Maraqlı tələbləri var idi. Deyirdi, məsələn, filan toyda niyə yox idin? O yasda harada idin? Tapşırırdı ki, həmişə xeyirdə-şərdə boyunuzu göstərin, camaatın içində olun”.
B.Yaqubov şairin onları danladığını da deyib:
“Yaşın müəyyən dövrü var da. Məktəbi bitirəndə də deyirdim, yekə kişiyəm, deyir, evə tez gəl. Təbii məsələ idi”.
Hətta o, bir dəfə ata şilləsi “yediyini” də etiraf edib:
“Ata şilləsi vurub bir dəfə. Evə gec gəldiyim üçün”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 09 Yanvar 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















