Filarmoniyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş xüsusi konsert proqramı keçirilib FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş xüsusi konsert proqramı keçirilib.
Tədbirdə bədii rəhbər Gülbacı İmanovanın dirijorluğu, konsertmeysterlər - Elxan Niftiyev və Tofiq Şıxıyev (piano), Vasif Hüseynov (tar), Yusif Əlizadə (zərb alətləri), Rəvan Əhmədzadənin müşayiəti ilə (kontrabas) Azərbaycan Dövlət Xor Kapellası çıxış edib. Rəngarəng proqram çərçivəsində dünya musiqi xəzinəsinin incilərindən ibarət əsərlər səsləndirilib. Dinləyicilər klassik və müasir janrların vəhdətində təqdim olunan nümunələr vasitəsilə musiqi bayramına şahidlik ediblər.
Konsertdə solistlər - Emin Məmmədov, Leyla İbrahimova, Nigar Əsgərova, Nuray İsmayılova, İsmayıl Əsədli, Fərhad Ələkbərov, Sevda Hüseynova, Ərəstun Quliyev, Yekatirina İsayeva və Günel Əsədova yüksək ifaçılıq ustalığı ilə çıxış edərək dinləyicilərə unudulmaz anlar yaşadıblar.
Bayram ovqatlı bu musiqili gecə həm milli həmrəylik ruhunu, həm də musiqinin birləşdirici gücünü nümayiş etdirərək dinləyicilər böyük rəğbətini qazanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Dekabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















