Icma.az
close
up
RU
Filarmoniyaya “Bösendorfer” konsert royalları təqdim olunub

Filarmoniyaya “Bösendorfer” konsert royalları təqdim olunub

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“PASHA Holding” tərəfindən həyata keçirilən növbəti xeyriyyəçilik təşəbbüsü çərçivəsində Filarmoniyaya Avstriyanın dünyaca məşhur “Bösendorfer” şirkətinə məxsus iki ədəd konsert royalı təqdim olunub. “PASHA Holding” son illər mədəniyyət və sənət sahəsində həyata keçirdiyi müxtəlif layihələr və təşəbbüslərlə ölkənin mədəni həyatının zənginləşməsinə töhfə verir. Şirkət tərəfindən sənət layihələrinin dəstəklənməsi, gənc istedadların təşviqi və mədəni tədbirlərin reallaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.
Bu təşəbbüs mədəniyyət sahəsinə göstərilən dəstəyin və korporativ sosial məsuliyyət ənənələrinin təqdirəlayiq nümunəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Filarmoniyaya dünya səviyyəli musiqi alətlərinin hədiyyə olunmasına görə şirkətə təşəkkürünü bildirir və mədəniyyətin inkişafına yönəlmiş belə təşəbbüslərin dövlət və özəl sektor arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edir.
Tədbirdə Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov çıxış edərək ölkəmizdə musiqi sənətinin inkişafı, gənc istedadların dəstəklənməsi və yüksək səviyyəli musiqi alətlərinin ifaçılıq mədəniyyətinin yüksəldilməsində mühüm rolunu vurğulayıblar. Qeyd olunub ki, dünya səviyyəli konsert royallarının Filarmoniya səhnəsinə gətirilməsi ölkənin musiqi həyatında əlamətdar hadisədir və konsertlərin bədii səviyyəsinin daha da yüksəlməsinə töhfə verəcək.
Royalların təqdimat mərasimi tanınmış musiqi xadimlərinin və gənc ifaçıların iştirakı ilə keçirilən konsert proqramı ilə davam edib. Təqdimat çərçivəsində keçirilən konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Müxtəlif nəsillərə mənsub ifaçıların, Xalq artistləri Murad Hüseynov və Murad Adıgözəlzadənin, musiqi məktəbi şagirdləri Tamerlan Məmmədov və Mədinə Paşayevanın da iştirak etdiyi proqram yeni “Bösendorfer” royallarının səhnədə ilk səslənməsi ilə yadda qalıb.
Xatırladaq ki, “Bösendorfer” 1828-ci ildə Avstriyanın Vyana şəhərində yaradılmış və bu gün dünyanın ən nüfuzlu fortepiano istehsalçılarından biri hesab olunur. Şirkətin konsert royalları zəngin tembr palitrası və yüksək akustik keyfiyyəti ilə seçilir, əsasən əl əməyi ilə eksklüziv hazırlanır. Məhz bu xüsusiyyətlərə görə “Bösendorfer” alətləri dünyanın aparıcı konsert salonlarında, nüfuzlu musiqi festivallarında və tanınmış pianoçuların repertuarında xüsusi yer tutur. Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Mart 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri