Icma.az
close
up
RU
Filipe Kandido: Bu, bizim üçün sürpriz oldü

Filipe Kandido: Bu, bizim üçün sürpriz oldü

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının VIII turunun "Sumqayıt" – "Araz-Naxçıvan" oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Filipe Kandido jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Nəticəyə görə çox xoşbəxtəm. Futbolçular bu qələbəyə layiq idi. Həmişə daha çox çalışmağın bəhrəsini verəcəyinə inanıram. Oyundan-oyuna artırmağımız gözləniləndir. Bəzən qələbədən sonra futbolçularda arxayınlıq yaranır. Ötən matçdan sonra futbolçulara bununla bağlı xəbərdarlıq etmişdim. Bugünkü görüşə yaxşı başlamadıq. Rəqib 4 orta xətt oyunçusu ilə meydana çıxmışdı. Bu, bizim üçün sürpriz oldu. İlk 10 dəqiqə rəqibi necə bağlayacağımızı düşünürdük. "Araz-Naxçıvan"ın fərdi bacarıqları olan futbolçuları var. Biz də axmaq top itkisindən sonra rəqibə qol imkanı verdik. Fasilədə bəzi şeyləri dəyişdik. Komandamız çox-çox yaxşı oynadı. Bəzi anlarda birəbir pressinq tətbiq etdik.

– İlk hissənin əvvəlində qorxaq futbol oynayırdınız. Qoldan sonra isə cəsarətli idiniz. Bu, əvvəldən düşünülmüş plan idi?


– Heç kimdən qorxmuruq, bütün rəqiblərə hörmətlə yanaşırıq. İlk dəqiqələrdə diqqət əskikliyi var idi və qoldan sonra ayıldıq. Bəzi dəyişikliklərə baxmayaraq, öz oyun üslubumuza qoruduq.

– Bu gün Nihad Əhmədzadəni hücumun mərkəzində oynatdınız. Bunu daha əvvəl yoxlamışdınız?


– Birdən-birə komandanın iki hücumçusunu itirmək asan deyil. Nihad gəncdir, çox yaxşı futbolçu olmağa layiqdir. Bəzi məqamlarda ağıllı oynayır. Sadəcə fiziki baxımdan yaxşı deyil. Getdikcə daha güclü olacağına inanıram.

– Növbəti tur "Zirə" ilə qarşılaşacaqsınız. 6 ildir, bu rəqibə qalib gələ bilmirsiniz. Onları məğlub etməyin "reseptini" tapacaqsınız?


– Onların oyunlarına baxmışam, bu həftə təhlillərimiz olacaq. Daim növbəti matç haqqında düşünürəm. Statistikadan xəbərim yox idi, çalışacağıq seriyanı qıraq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sport24.az
archiveBu xəbər 16 Oktyabr 2026 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri