Filippin iqlim dəyişmələrinin təsirlərinə qarşı ən həssas ölkələrdən biridir
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Hər il Filippində orta hesabla 20 tayfun baş verir. Bu rəqəm say etibarilə həqiqətən çoxdur. Bu təbiət hadisələri kənd təsərrüfatına, şəxsi əmlaka ciddi ziyan vurur, insanların həlak olması ilə nəticələnir.
Bunu Filippin parlamentinin nümayəndəsi Rommel Reyes AZƏRTAC-a açıqlamasında deyib.
O, Filippinin iqlim dəyişmələrinin təsirlərinə qarşı ən həssas ölkələrdən biri olduğunu vurğulayaraq deyib: “İtki və Zərərlərə Cavab Fondunun İdarə Heyəti Filippini ev sahibi ölkə seçib. İdarə Heyətinin ilk iclasına bu ilin dekabrında ev sahibliyi edəcəyik və ümidvarıq, bu, Filippinə yaşadığımız zərərlərə görə yardım almaqda üstünlük qazandıracaq”.
R.Reyes bildirib ki, Azərbaycan COP29 kimi mötəbər tədbiri yüksək səviyyədə təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 22 Noyabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















