Icma.az
close
up
RU
Film çəkdiyinə görə tələbəni imtahanlardan kəsdilər... İncəsənət Universiteti səbəbi açıqladı

Film çəkdiyinə görə tələbəni imtahanlardan kəsdilər... İncəsənət Universiteti səbəbi açıqladı

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

"Onlara bel bağlayıb filmdə iştirak etdim. Bir ay çəkilişimiz oldu. İcazə kağızı yazdılar, ancaq ləğv olundu".

Bu sözləri Kulis-a açıqlamasında "Atropat" filminin ikinci rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" ixtisasının II kurs tələbəsi Mirzahid Ağayev deyib:

“Atropat” Azərbaycan Respublikası Kino Agentliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müştərək filmidir. Bu filmin səhmlərinin “Caspian Media Group” götürüb və hardasa 80 faizini çəkib. Mən orada ikinci rejissor idim. Paralel olaraq İncəsənət Universitetinin ikinci kursunda oxuyuram. Mən “Caspian Media Group”dan ikinci rejissor olmağımla bağlı İncəsənət Universitetinə icazə kağızı yazmaqlarını istədim. Filmin baş prodüseri Hüseyn Cavadzadə dedi ki, narahat olmayın, hər şey bizim əlimizdədir, həll edəcəyik. Mən də onlara bel bağlayıb filmdə iştirak etdim. Bir ay çəkilişimiz oldu. İcazə kağızı yazdılar, ancaq ləğv olundu".

"Labubu" filmi çəkiləcək Azərbaycanlı fotoqraf intihar etdi Korluq - mənim içimdədir... - Günün şeiri

O, qaiblərinin silinməyini istəsə də, bu, baş verməyib və imtahnanlardan kəsilib:

"Sonra mən dedim ki, heç olmasa, zəng eləyib deyib, 5-10 qaib silsinlər. Universitetə gedəndə xəbər tutdum ki, limitə düşmüşəm. Halbuki mən rejissorluq oxuyuram və o filmdə də öz peşəmi icra eləmişəm. Rektorumuz Ceyran Mahmudova bu sözlərlə razılaşmadı. Dedi ki, kəsilmisən, başqa yolu yoxdu. Heç nə edə bilmədim, kəsdilər".

Məsələ ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqə saxladıq. Universitetin mətbuat katibi Şahanə Müşfiq dərsdə iştirak etməyən tələbəyə qaib yazılmamağının qeyri-mümkün olduğunu bildirib:

"Mirzahid Ağayev hazırda, bakalavr pilləsində rejissorluq ixtisasının televiziya rejissorluğu ixtisaslaşması üzrə IV təhsil ilində paralel yox, əyani təhsil alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23. bəndinə əsasən “Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər. Bu qərara əsasən və ümumiyyətlə dərsdə iştirak etməyən tələbəyə qaib yazılmaması qeyri-mümkündür. Çünki tələbə dərsdə iştirak etməyən vaxt bir hadisə baş verərsə, onun məsuliyyəti bilavasitə ona dərs deyən müəllimin və dekanlığın üzərinə düşür".

Açıqlamada qeyd olunur ki, bakalavr pilləsində əyani təhsil alan tələbələr ancaq dərsdənkənar vaxtlarda işləyə bilərlər:

“Caspian Media Group” MMC tərəfindən göndərilən məktubda Mirzahid Ağayevin “Atropat” filminin çəkilişində iştirak etdiyi üçün 15 sentyabr-25 oktyabr tarixlərində dərslərdən azad edilməsi xahiş edilir. Lakin göstərilən müddət ərzində tədris olunan 4 fəndən 25%-dən çoxunda iştirak etmədiyi üçün bu fənlərdən imtahana buraxılmayacaq.

Məlumat üçün bildiririk ki, ixtisasından asılı olmayaraq bakalavr pilləsində əyani təhsil alan tələbələrin müvafiq cədvələ əsasən dərslərdə iştirakı vacibdir. Onlar ancaq dərsdənkənar vaxtlarda işləyə bilərlər. Magistratura səviyyəsində dərslər axşam növbəsində olduğu üçün onlar gündüzlər işləyə bilir".

"Labubu" filmi çəkiləcək Azərbaycanlı fotoqraf intihar etdi Korluq - mənim içimdədir... - Günün şeiri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Dekabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri