Icma.az
close
up
RU
“Filologiya O qızın seçimi deyil, taleyidir”

“Filologiya O qızın seçimi deyil, taleyidir”

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzən həyat səni bir yerə aparır. Elə aparır ki, nə düşünürsən, nə tərəddüd edirsən, sadəcə gedirsən. Hara getdiyini bilmədən, amma içində dərin bir əminliklə... O qız üçün filologiya belə bir yol oldu – seçmədiyi, amma içində yaşatdığı, hər addımında özü ilə daşıdığı bir tale.

O qız heç vaxt “filoloq olacağam” deyə böyümədi. Onun uşaqlığı sözlərin ətrafında dövrə vurmurdu, amma sözlər daim onunla idilər. O, nənəsinin nağıllarında, atası səhər-səhər qəzet oxuyanda, anası çörək bişirərkən pıçıltı ilə oxuduğu mahnılarda böyüyürdü. O sözlər o qız üçün sadəcə ifadə deyildi – o sözlər sığınacaq idi. Elə buna görə də bir gün dönüb baxanda başa düşdü ki, onun hekayəsi də belə başlayır: həyatın gətirdiyi yolların birində, seçmədiyi, amma onu seçən bir yolda – filologiyada.

Filologiya bəziləri üçün sadəcə bir ixtisas, bir diplomun adı ola bilər. Amma o qız üçün bu sözlərdən daha böyük bir anlam daşıyırdı. Filologiya - yaddaşın elmi, ruhun incəliyidir. Burada yalnız sözlər deyil, zaman danışır, burada hər bir sətirdə bir insanın nəfəsi, bir xalqın taleyi yatır.

Filoloq olmaq, dilin qrammatik quruluşunu əzbərləmək deyil. Filoloq olmaq - bir xalqın danışıq tərzində onun ağrılarını oxumaq, bir şairin misrasında min illik bir dərdi duya bilməkdir. Filologiya - sözlərin içində susan duyğulara qulaq asmaqdır. Və o qız bu səssizliyi duyurdu. O, bir sözdə on min anlam görür, bir misrada bir ömür yaşayırdı. Universitetin darısqal dəhlizləri, tozlu kitab rəfləri, qələm-kağız səsləri o qıza doğma gəlirdi. Ədəbi nəzəriyyələr, dilin fonetik qanunları, leksik analizlər onun üçün çətin məsələlər yox, tanış simalar idi. Çünki o, bunları dərsliklərdən deyil, içindən oxuyurdu.

Məsələn, o, Nizaminin bir beytində məntiqin sükutla necə işlədiyini anlayırdı. Füzulinin bir qəzəlində təkcə eşqi yox, həm də fəlsəfi bir möhtəşəmliyi görürdü. Və ya dilin sintaktik quruluşunu araşdırarkən, bir millətin düşüncə tərzinin necə formalaşdığını kəşf edirdi. O, Füzulinin misralarında doğuldu. Əvvəlcə yanmaq nə deməkdir, bilmirdi. Amma “Məni candan usandırdı”nı oxuyanda içində alışıb yanan bir səs eşitdi. Anladı ki, eşq təkcə sevgi deyil, insanın öz ruhuna yandığı yerdir. Sonra Cəlil Məmmədquluzadənin “Poçt qutusu”nu gördü. Orada məktub yox idi – sükut vardı. Və o sükutda bir xalqın susdurulmuş səsi, yazılmamış məktubların acısı gizlənmişdi. O, bu qutunun qarşısında dayandı. Əlindəki sualları içəri atdı, cavab gəlməyəcəyini bilə-bilə... Bir gün Hüseyn Cavidin “İblis”i ilə qarşılaşdı. İblis ona insanı göstərdi. İnsan da ona güzgü uzatdı. O güzgüdə özünü tanımadı. Və o gün başa düşdü ki, ədəbiyyat insanın içində gizlətdiyi qorxularla üz-üzə qalmaq cəsarətidir. Sabirin kinayələrində öz gündəliklərini tapdı. Hər bir satirada gülümsədi, sonra için-için ağladı. Çünki Sabir gülərək deyirdi, amma ağlayaraq yazırdı. Anarın “Beşmərtəbəli evində” yer axtardı. Altıncı mərtəbədə dayandı. Orada nə masa vardı, nə də divar saatı. Sadəcə səssizlik vardı. Və bu səssizlikdə o, özünün çoxdan danışmadığı bir cümləni eşitdi: “Sən harada unuduldun?”

Və bir gün Məmməd Arazın misralarına kökləndi. Orada Vətənin dağ nəfəsi vardı, ana laylası vardı, el-obaya həsrət vardı. Yaz yağışı kimi içini isidən, səssiz-səmirsiz köksündə yaşadığı bir vətən duyğusu vardı.

Vaqif Bayatlının yollarında addımladı. Amma bu yollar qıvrıla-qıvrıla yaddaşına dönürdü. Hər döngədə bir səs, bir qoxu, bir uşaq gülüşü vardı. Şeirlərdə yazılmış, amma deyilməmiş illərin izi...

Mikayıl Müşfiqin işıqlı misralarında azadlıq axtardı. Hər kəlmənin üstündə bir kölgə vardı. Amma bu kölgələr belə günəşdən qorunmurdu – qorxudan gəlirdi. İsi Məlikzadənin hekayələrində öz həyatına rast gəldi. Sadə, gündəlik, heç kimlik. Amma elə o “heç kimlik”də insanın bütün varlığı vardı. O, sətirlərdən keçdikcə, bir kəndin içindən keçirmiş kimi tozlanırdı. Əli Kərimin şeirlərində danışmadı, sadəcə dinlədi. Çünki bəzi şeirlər var, oxunmaq üçün deyil - hiss edilmək üçündür. Və o, bu hissi susaraq yaşadı. Sonda Bəxtiyar Vahabzadənin “Ana dili”nə sarıldı. O dillə böyümüşdü, o dillə sevilmişdi, amma o dilin ağladığını ilk dəfə burada eşitdi. Və başa düşdü ki, ana dili sadəcə ünsiyyət deyil, bir millətin qürurudur, kimliyidir, yurdudur. O, Azərbaycan ədəbiyyatının içindən keçdi, oxucu kimi yox, yolçu kimi. Hər müəllif bir dayanacaq oldu, hər kitab bir ev, hər misra bir nəfəs. Və o, bu yolun sonunda anladı... ədəbiyyat sadəcə yazılmır, ədəbiyyat yaşayır. İçimizdə. Hər gün. Hər kəsdə.

O qız klassiklərlə nəfəs alır, amma müasir dövrlə də dialoqdadır. O, hər bir yeni anlayışı keçmişin işığında, hər bir qədim mətni gələcəyin mənəvi havasında oxumağı bacarır. Məhz bu yanaşması ilə o, “Canlı Filologiya” deyilən yeni bir anlayışın təcəssümünə çevrilir. O qız filologiyanı sadəcə öyrənmir, onu yaşayır. O, bir kəlmənin dəyişməsi ilə insanların taleyinin necə dəyişdiyini anlayır. Bir mahnının sözlərində sevgi, bir atalar sözündə həyat fəlsəfəsi görür. Onun üçün “dil” bir alət deyil, bir həyat formasıdır. Və bu həyat formasını qorumaq, inkişaf etdirmək o qızın varlıq səbəblərindən birinə çevrilib.

O qız kimi filoloqlar bəzən görünməz qalırlar. Onların işığı sinif otaqlarının divarları arasında, kitab vərəqlərində, məqalə səhifələrində gizlənir. Amma bu işıq təkcə kağızda yanmır. O, xalqın ruhunu işıqlandırır. Dilə sahib çıxmaq, sözə dəyər vermək, tarixə, milli kimliyə sahib çıxmaq deməkdir. Və bu müqəddəs vəzifə, o qız üçün peşə yox, taledir. Filologiya qəlbin elmlə rəqsidir. O qız bu rəqsi seçmədi, bu rəqs onu çağırdı. Və o, cavab verdi səssizcə, sadəcə bir sözlə: “Mən buradayam...”

Doğrudan sən buradasanmı,

Telli Həsənova?

NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi, “Gənc Yazarlar və Ədəbiyyatşünaslar” klubunun üzvü

Telli Həsənova Oktay qızı - sözün sehrinə könül vermiş gənc qələm sahibidir. Babək rayonunun Nehrəm qəsəbəsində anadan olub. 2023-cü ildə Naxçıvan Dövlət Universitetinə qəbul olunan Telli Həsənova hazırda Tarix-filologiya fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alır. O, klassik və müasir ədəbi nümunələri tədqiq etməklə yanaşı, bədii təxəyyülünü hekayələr və publisistik məqalələr vasitəsilə ifadə edir. Elmi yolun astanasında dayanan bu gənc tədqiqatçı gələcəkdə həm elmi-ədəbi fəaliyyətində, həm də Azərbaycan filologiyasına verdiyi töhfələrdə dərin iz buraxmağa çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://525.az
archiveBu xəbər 09 May 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri