Türkiyənin Fırat Universitetinin nümayəndələri BDU nun Filologiya fakültəsində
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 21 iyun, AZƏRTAC
Türkiyənin Fırat Universitetinin Təhsil fakültəsinin professoru, Texnoparkın baş direktoru Yalın Kılıç Türel və Müasir türk dilləri və ədəbiyyatları kafedrasının professoru Süleyman Kaan Yalçın Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində olublar.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Türkologiya kafedrasında keçirilən görüşdə qonaqlarla tədris prosesində, o cümlədən humanitar elmlər sahəsində müasir texnologiyaların tətbiqi və süni intellektdən istifadə ilə bağlı müzakirələr aparılıb, texnoloji yeniliklərin filologiya elmləri üçün də mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Görüşdə türkoloji araşdırmalar sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Sonra qonaqlar BDU ilə elmi innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq çərçivəsində ortaq layihələrin və tədqiqatların aparılması məqsədilə Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 21 İyun 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















