NDU nun müəllim və tələbələri Haçadağın zirvəsinə yürüşü edib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan, 9 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsi Haçadağın zirvəsinə ekstremal yürüş edib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yürüşə universitetin "Beynəlxalq ticarət və menecment" kafedrasının müəllimi Vüsal Hüseynov rəhbərlik edib.
İştirakçılar Culfa rayonunun Gal kəndindən Haçadağa doğru hərəkətə başlayıb, çətin relyefə görə 2414 metr yüksəklikdəki zirvəyə çatmaq üçün 5 saat yol qət ediblər.
Burada iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıb, Dövlət Himnini ifa ediblər. “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Zəfər bizim, zirvə bizim!”, "Yaşasın müstəqil Azərbaycan" kimi şüarlar səsləndirilib.
Tələbələr vətənlə bağli şeirlər oxuyub, vətənpərvər mahnılar ifa ediblər.
Qeyd edək ki, zirvə yürüşünün əsas məqsədi Zəfər Gününün 5-ci ildönümünü qeyd etmək, şəhidlərimizin şücaətinə ehtiram göstərmək olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 09 Noyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















