Icma.az
close
up
RU
Deputat: Şimal Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir

Deputat: Şimal Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Deputat deyib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi barədə fikirlər 1976-cı ildən meydana çıxıb: “Çünki Hindistandan Rusiyaya, Baltikyanı ölkələrə, Ukrayna, Belarusa, Şərqi və Qərbi Avropa ölkələrinə yük daşımaları uzun bir dəniz yolu ilə 1,5 aydan çox bir müddətdə reallaşdırıla bilinir. Həm də Süveyş kanalında və digər boğazlarda daşımalar zamanı qarşılaşılan problemlər beynəlxalq yük daşımalarını daha riskli və bahalı edib. Şimal-Cənub nəqliyyat dəhlizinin uzunluğu isə 7200 km olmaqla, bu dəhliz vasitəsilə yük daşımalarının müddətinin 45-60 gündən 20-25 günə, daşıma xərclərinin isə 30%-ə qədər azalacağı bildirilir. Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə ilkin mərhələdə yük daşımaların 5 milyon ton, 2030-cu ilə qədər isə 30 milyon tona çatdırılması planlaşdırılır”.

Azər Badamov qeyd edib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycanın üzərindən keçən yoldur: “Çünki bu marşrut vasitəsilə böyük bir coğrafiyada yük daşımalarını dəmiryolu vasitəsilə həyata keçirmək mümkündür. Hazırkı vəziyyətdə Azərbaycan, Rusiya və İran arasında imzalanmış razılaşmaya əsasən, Şimal-Cənub Nəqliyyat Dəhlizinin Azərbaycan üzərindən keçən hissəsində dəmiryolları yenidən qurularaq müasirləşdirilib, Araz çayı üzərində yeni körpü inşa olunub, logistik mərkəzlər yaradılıb. Bu marşrutda 162 km-dən ibarət Rəşt və Astara arasında dəmiryolunun tikintisinə Rusiyanın sərmayə qoyub tikintini davam etdirməsi və Fars körfəzinə qədər dəmiryolu çıxışının açılması razılaşdırılıb: “Amma Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə dəmiryolunun Naxçıvan üzərindən Fars körfəzinə qədər mövcud marşrutlarla birləşməsi öz həllini tapmış olur. Yəni Rəştlə Astara arasında yolun tikintisinin nə zaman başa çatacağı məlum olmasa da, hazırkı vəziyyətdə Zəngəzur dəhlizi vasitəsilə Şimal-Cənub Nəqliyyat Dəhlizində daşımaların dəmiryolu vasitəsilə daşınmasında yeni imkanlar açılır. Təbii ki, Ermənistan üçün də Şimal-Cənub Nəqliyyat Dəhlizinə Zəngəzur dəhlizi üzərindən qoşulmaq və tranzit ölkəyə çevrilmək imkanı yaranır. Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yaranmış yeni reallıqda Ermənistanın da iştirakı və Ermənistanla Pakistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar ilə dəhliz üzərində yerləşən ölkələr arasında bu marşrut vasitəsilə daşımalarla əlaqədar bir fikir ayrılıqları qalmır. Amma Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir tərəfinin başlanğıcında yerləşən Hindistanın bu marşruta qoşulmaq imkanları Modinin Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti üzündən məhdudlaşmış qalır. Çünki Azərbaycan-Pakistan münasibətlərinin dostluq və qardaşlıq səviyyəsində olduğuna görə Ermənistanı silahlandırması və beynəlxalq platformalarda ölkəmizə qarşı mövqeni nümayiş etdirməsi Hindistanın Şimal-Cənub Nəqliyyat Dəhlizindən təcrid olunmasına gətirib çıxarır. Təbii ki, Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı möhkəm və sarsılmazdır. Regionda yaratdığımız yeni sülh gündəliyi Ermənistanla Pakistan arasında münasibətlərin də normallaşmasına yol açdı. Kənarda qalan isə Hindistandır. Bu, Hindistanın Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi çox vacib bir beynəlxalq nəqliyyat arteriyasından kənarda qalması deməkdir. Dünya tarixi sübut edib ki, hansı ölkə ədalətsizcəsinə digərlərinə qarşı qərəzli düşmənçilik siyasəti yürüdürsə, o ölkənin özü də iqtisadi cəhətdən səmərəli əməkdaşlıqdan kənarda qalmasını labüd edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri