Filologiya fakültəsinin məzunları 30 il sonra yenidən BDU da
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 21 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin 1990-1995-ci illərdə təhsil almış məzunları 30 ildən sonra yenidən qocaman təhsil ocağına toplaşıblar.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Filologiya fakültəsinin dekan müavini Mehriban Əlizadə fakültənin 30 il öncəki məzunlarına tədris və elmi fəaliyyət istiqamətində əldə olunan nailiyyətlər barəsində məlumat verib. Fakültənin hər bir məzunu ilə daim fəxr etdiyini və xatırlandığını bildirib.
BDU-nun alimləri Zemfira Şahbazova, Qızılgül Abdullayeva, Vaqif Sultanlı, Tofiq Hacıyev, Boran Əziz, Sona Çərkəz, Nüşabə Sadıxlı, Etibar Talıblı, Vaqif Nəbiyev, Qənbər Xanməmmədov və İsmayıl Məmmədov tələbələri ilə yenidən görüşməkdən məmnun olduqlarını, keçmişin yalnız xatirələr deyil, həm də mənəvi irs olduğunu qeyd ediblər.
Məzunlar müəllimləri və tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb, sonra BDU-nun ərazisini gəzib, universitetdə həyata keçirilən yeniliklərlə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 24 İyun 2025 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















