Finala çıxan komandalar haqda nə bilirik? Argentina və İspaniya millilərinin dosyeləri
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
2026-cı il FIFA Dünya Çempionatının finalında futbol azarkeşlərini möhtəşəm qarşılaşma gözləyir. Turnirin həlledici oyununda Argentina və İspaniya milli komandaları çempionluq uğrunda üz-üzə gələcəklər. Hər iki yığma dünya futbolunun ən titullu və ən güclü komandaları sırasında yer alır.
Final qarşılaşması ərəfəsində Argentina və İspaniya milli komandalarının dosyesini təqdim edirik:
Argentina milli futbol komandası dünya futbolunun ən uğurlu və ən titullu yığmalarından biri hesab edilir. Cənubi Amerika təmsilçisi tarixində üç dəfə dünya çempionu olub, 16 dəfə Amerika Kubokunu qazanıb. Hazırda FIFA reytinqinin lideri olan komanda uzun illərdir dünya futbolunun aparıcı yığmaları sırasında yer alır.
Argentina milli komandası beynəlxalq yarışlarda ölkəni təmsil edir. Komandanın fəaliyyəti Argentina Futbol Assosiasiyası (AFA) tərəfindən idarə olunur. Assosiasiya 1912-ci ildən FIFA-nın, 1916-cı ildən isə Cənubi Amerika Futbol Konfederasiyasının üzvüdür.
Yığma ilk beynəlxalq oyununu Uruqvaya qarşı keçirib. Mənbələrə görə, həmin görüş ya 16 may 1901-ci ildə 3:2 hesablı qələbə ilə, ya da 20 iyul 1902-ci ildə Argentinanın 6:0 hesablı üstünlüyü ilə başa çatıb.
Argentina tarixində üç dəfə – 1978, 1986 və 2022-ci illərdə FIFA Dünya Çempionatının qalibi olub. Komanda həmçinin 16 dəfə Amerika Kubokunu qazanaraq turnirin ən uğurlu iştirakçılarından birinə çevrilib.
Yığmanın ən prinsipial rəqibləri Braziliya, Uruqvay, Almaniya və İngiltərə milli komandaları hesab olunur. Bu komandalar arasında keçirilən qarşılaşmalar futbol tarixinin ən gərgin və maraqlı oyunları sırasında göstərilir.
Komandanın kapitanı 2011-ci ildən Lionel Messidir. O, 206 oyunla Argentina millisinin tarixində ən çox meydana çıxan futbolçu, 125 qolla isə yığmanın ən məhsuldar bombardiridir.
Komandanın baş məşqçi isə Lionel Skalonidir.
İspaniya milli futbol komandası da beynəlxalq yarışlarda ölkəni təmsil edir.
Yığmanın fəaliyyəti İspaniya Kral Futbol Federasiyası tərəfindən idarə olunur.
İspaniya Avropanın ən güclü futbol ölkələrindən biri hesab olunur. Komanda 1964-cü ildə Avropa çempionu olduqdan sonra uzun müddət ciddi beynəlxalq uğur qazana bilməsə də, 2008-ci ildən etibarən dünya futbolunda yeni yüksəliş dövrünə qədəm qoyub.
Yığma 2008-ci ildə Avropa çempionatının qalibi olub. İki il sonra – 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatı tarixində ilk dəfə dünya çempionu adını qazanıb. İspaniya bu uğurun ardınca 2012-ci ildə yenidən Avropa çempionu olaraq ardıcıl üç böyük beynəlxalq turnirdə qalib gələn ilk milli komanda kimi tarixə düşüb.
İspaniya millisinin tarixində ən məhsuldar futbolçu David Villadır. O, yığmanın heyətində keçirdiyi oyunlarda 59 qola imza atıb. Ən çox oyun keçirən futbolçu isə 180 matçla Serxio Ramosdur.
Maraqlıdır ki, İspaniya millisinin daimi ev stadionu yoxdur. Komanda rəsmi oyunlarını əsasən Madrid şəhərində yerləşən “Santyaqo Bernabeu” stadionunda keçirir. Bəzi qarşılaşmalar isə Madriddəki “Visente Kalderon” və Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionlarında təşkil olunur. İspaniya millisi “Visente Kalderon” stadionunda keçirdiyi rəsmi oyunlarda məğlub olmayıb.
Xatırladaq ki, 2026-cı il FIFA Dünya Çempionatının finalında İspaniya və Argentina milli komandaları iyulun 19-da, Bakı vaxtı ilə saat 23:00-da üz-üzə gələcəklər./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 İyul 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















