Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirəcək
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu məqsədlə Finlandiya Rusiya ilə sərhədə quru qoşunlarından ibarət 15 min hərbiçi yerləşdirəcək. Prosesə noyabrın sonundan başlanacaq. Manevrlərin bəzi mərhələləri Rusiya sərhədi yaxınlığında baş tutacaq, Məlumatı Finlandiya Müdafiə Qüvvələrinin mətbuat xidməti də təsdiq edib.
"Quru qoşunları dekabrda ehtiyata göndərilməsi planlaşdırılan minlərlə çağırışçını bir sıra təlimlərə cəlb edəcək. Təlimdə ehtiyatda olan hərbçilər və müttəfiqlər də iştirak edəcək. Təlimlər bütün Finlandiya ərazisi üzrə keçiriləcək", -deyə məlumatda bildirilir.
Ölkənin cənubunda keçiriləcək hərbi təlimlərdə isə 6500-dən çox hərbçi iştirak edəcək. Konkret olaraq paytaxt bölgəsində və Rusiya sərhədinə yaxın yerləşən Kymenlaakso bölgəsində hərbi fəaliyyətlər aparılacaq. Təlimlərdə 900-ə yaxın texnikanın istifadəsi planlaşdırılır. Manevrlərdə Finlandiya hərbçiləri ilə yanaşı, İsveç və Böyük Britaniya silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:Finlandiya Rusiya sərhədi yaxınlığında geniş hərbi təlimlər keçirəcək
31 Oktyabr 2025 07:37
Finlandiya və Böyük Britaniya Rusiya sərhədi yaxınlığında təlimlər keçirir
29 Noyabr 2025 20:35
Rusiya Finlandiya sərhədi yaxınlığında hərbi kontingent qurur..?
20 May 2025 00:35
Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlərə başlayıb
17 Noyabr 2025 11:28
Baxış sayı:90
Bu xəbər 30 Oktyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















