Finlandiya Rusiya vətəndaşlarına daşınmaz əmlak almağı qadağan edəcək
Finlandiya hökuməti parlamentə Rusiya vətəndaşlarının Finlandiyada daşınmaz əmlak almasına mane olacaq qanun layihəsi təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat fevralın 6-da Finlandiya Müdafiə Nazirliyinin saytında dərc olunub.
Qanun layihəsinə görə, “təcavüzkar müharibə aparan və ya Finlandiyanın milli təhlükəsizliyinə təhlükə yarada bilən ölkənin vətəndaşı” daşınmaz əmlak ala bilməyəcək.
an məlumata görə, qanun layihəsi Rusiya vətəndaşlarının daşınmaz əmlak almasını məhdudlaşdırır.
Müdafiə naziri Antti Hykkanenin sözlərinə görə, Rusiya Avropa üçün təhlükə yaradır, daşınmaz əmlak isə düşmən təsir vasitələrindən biridir.
O, həmçinin 2024-cü ilin payızına olan məlumata görə, Rusiya vətəndaşlarının Finlandiyada 3500-ə yaxın daşınmaz əmlakı olduğunu bildirib.
Hökumətin Parlamentə təqdim etdiyi qanun layihəsinə görə, daşınmaz əmlakın alınmasına qoyulan qadağa Rusiya və Finlandiyanın ikili vətəndaşlarına şamil edilməyəcək.
![see](https://icma.az/template/assets/see.png)