Finlandiya şirkətindən avtomatik fokuslanan eynək: Uzaq və yaxın görmədə anında netləşmə
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Finlandiyanın eynək istehsalçısı IXI istifadəçinin baxışına görə avtomatik fokuslanan və zahirən adi eynəklərdən fərqlənməyən yeni nəsil ağıllı eynəklərini təqdim edib. Bu texnologiya klassik optik eynəklərdəki bir çox problemi aradan qaldırmağı vəd edir.
Milli.Az xəbər verir ki, eynəklər göz hərəkətlərini izləyən sensorlar (fotodiodlar və infraqırmızı LED-lər) və maye kristal linzalar sayəsində işləyir:
Sistem istifadəçinin hara baxdığını saniyələr içində dərk edir və linzanın optik gücünü (reçetini) avtomatik dəyişir.
Klassik "varifokal" (uzağı və yaxını eyni linzada birləşdirən) eynəklərdə uzağı görmək üçün linzanın yuxarı hissəsinə baxmaq lazımdırsa, IXI eynəklərində ehtiyac olduqda bütün linza uzaq və ya yaxın görmə üçün istifadə edilir.
Klassik eynəklərdən fərqi
Sabit böyütmə sahələri olmadığı üçün görmə bucağında daralma və ya kənarlarda bulanıqlıq yaranmır.
IXI-nin baş direktoru Niko Eiden bildirir ki, bu texnologiya insana gənclik illərindəki təbii və net görmə hissini geri qaytarır.
Elektron komponentlərə rəğmən eynəyin çəkisi cəmi 22 qramdır, yəni adi eynəklərlə eynidir.
Bəzi məhdudiyyətlər
Eynəklər batareya ilə işləyir və hər gecə şarj edilməlidir. Şarj girişi eynəyin qulpu hissəsində gizlədilib.
Sürücülük zamanı istifadə üçün sınaqlar davam edir. Sistemdə hər hansı elektron xəta baş verərsə, eynək avtomatik olaraq standart uzaqgörmə rejiminə keçir (fail-safe).
İndiyədək 40 milyon dollardan çox investisiya alan şirkət, eynəkləri gələn il satışa çıxarmağı planlaşdırır. Məhsul ilk olaraq Avropada, daha sonra isə ABŞ bazarında təqdim ediləcək.
Niko Eiden bu yeniliyi fotoaparatlardakı avtofokus inqilabına bənzədir: "Bəlkə də 10-15 il sonra insanlar sabit fokuslu eynəklərdən necə istifadə etdiklərinə təəccüblənəcəklər."
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 09 Yanvar 2026 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















