Icma.az
close
up
RU
Tibbi sığorta ilə bağlı 3 mindən çox sorğu cavablandırılıb

Tibbi sığorta ilə bağlı 3 mindən çox sorğu cavablandırılıb

Icma.az, Azpost saytına istinadən bildirir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası”na uyğun olaraq əhali arasında icbari tibbi sığorta sistemi barədə məlumatlılığı artırmaq məqsədilə ötən il də genişmiqyaslı tədbirlər həyata keçirib.

Bu barədə Agentlikdən AzPost-a bildirilib.

Qurumun prioritet fəaliyyət istiqamətləri çərçivəsində müxtəlif layihələr icra olunub. Əhali Agentliyin təkmilləşdirilmiş rəsmi internet saytı və “e-Tabib” mobil tətbiqindəki yeniliklər barədə mütəmadi olaraq televiziya, radio və sosial media vasitəsilə məlumatlandırılıb. “Tibb müəssisələrinin axtarışı” bölməsi, interaktiv xəritə, abunəlik xidməti və məmnuniyyət sorğusu funksiyası barədə ətraflı məlumat verilib.

Əhalini qurumun fəaliyyəti və icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər barədə məlumatlandırmaq məqsədilə 104 məlumat paylaşılıb, televiziya, radio və internet kanallarında 282 veriliş və süjet yayımlanıb. Mediadan daxil olan 528 sorğu və sosial media üzərindən göndərilən 2971 sorğu cavablandırılıb. Sosial media hesablarında icbari tibbi sığortadan istifadə qaydaları, Xidmətlər Zərfi, sağlam həyat tərzi, gender zorakılığı, erkən nikah, qohum evliliyi və digər istiqamətlərdə 3279 paylaşım edilib.

Əhali ilə birbaşa ünsiyyət tədbirləri də geniş şəkildə təşkil olunub. Dövlət və qeyri-dövlət qurumlarının əməkdaşları, ali və orta təhsil müəssisələrinin pedaqoji heyəti, tələbələr, məktəblilər və valideynlər üçün icbari tibbi sığorta sistemi, Xidmətlər Zərfi, göndərişlərin verilməsi qaydaları, ailə həkimi və sağlam həyat tərzi mövzusunda təşkil edilən 295 maarifləndirmə tədbirində 17 759 nəfər məlumatlandırılıb. Həmçinin media və vətəndaş cəmiyyəti nümayəndələrini icbari tibbi sığorta sistemi və tibbi xidmətlərin xəstəxanalarda təşkili barədə daha dolğun məlumatlandırmaq məqsədilə Agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən 4 media-tur və 2 təlim keçirilib. Bundan əlavə, Agentliyin Çağrı mərkəzinin fəaliyyəti ilə tanışlıq məqsədilə “Açıq qapı” günü təşkil edilib. Tədbirlərdə ümumilikdə 252 nəfər nümayəndə iştirak edib.

Reklam və informasiya kampaniyaları maarifləndirmə işinin əsasını təşkil edib. DOST TV ilə əməkdaşlıq çərçivəsində “Sığorta vaxtı” verilişinin 32 buraxılışı yayımlanıb. Agentliyin Facebook və Instagram səhifəsində ümumilikdə 24 canlı yayım təşkil olunub. ARB TV-də icbari tibbi sığortaya həsr olunmuş həftəlik “Güvənli sabah” verilişinin 11 buraxılışı, Real TV ilə əməkdaşlıq nəticəsində isə “İnsan” verilişinin 4 buraxılışı yayımlanıb. Eyni zamanda, ASAN Radio ilə əməkdaşlıq çərçivəsində həftə içi gündə 5 dəfə “1 sual, 1 cavab” rubrikasında dinləyicilərə icbari tibbi sığorta sistemi barədə məlumat verilib.

Bununla yanaşı, respublika üzrə 30 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri, 7 DOST Mərkəzi, Bakı Regional Məşğulluq Filialı, Dövlət İdman Akademiyası, Sumqayıt Olimpiya İdman Kompleksi, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və 79 tibb müəssisəsi ilə əməkdaşlıq çərçivəsində 817 monitor vasitəsilə 2 formatda və 8 müxtəlif məzmunda məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib. Eşitmə məhdudiyyəti olan şəxslər üçün işarə dilində 10 video hazırlanıb, görmə qabiliyyəti məhdud şəxslər üçün Brayl əlifbası ilə 2000 sayda 2 təlimat kitabçası çap edilib.

İcbari tibbi sığorta sistemi, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər barədə bukletlər və TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinə dair flayerlər çap olunub. Ümumilikdə 26 növ maarifləndirici çap materialı ilə bağlı nəşr olunan 28 000 poster, 31 000 buklet, 56 000 flayer TƏBİB tabeli və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında paylanılıb. Habelə, brayl əlifbası ilə çap olunmuş 1700 sayda kitabça Sosial Xidmətlər Agentliyi, TƏBİB və Bakı şəhər 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinə paylanılıb. 18 metro stansiyasında 40 reklam və məlumatlandırma lövhəsi nümayiş etdirilib.

Agentlik əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində əməkdaşlıq edən bütün tərəfdaşlara təşəkkürünü bildirir və gələcəkdə yeni təşəbbüslərin birgə həyata keçirilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyinə inanır.

İcbari tibbi sığorta ilə bağlı məlumat və yenilikləri Agentliyin rəsmi internet saytından və sosial media hesablarından izləmək mümkündür.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 Yanvar 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri