Finlandiyanın sabiq Prezidenti: Azərbaycanın COP29a hazırlığı təqdirəlayiqdir AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycanın COP29-a hazırlığı üçün çox qısa bir zamanı var idi, ancaq Azərbaycan bu hazırlıqları çox yaxşı şəkildə həyata keçirib və bu, təqdirəlayiqdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Finlandiyanın sabiq Prezidenti Tarya Halonen deyib.
Azərbaycanın ev sahibliyi etdiyi tədbirin hazırlanma prosesini dəyərləndirən T.Halonen, ölkənin qısa müddətdə hazırlıq işlərini çox yaxşı şəkildə həyata keçirdiyini bildirib.
O, COP29 çərçivəsində davam edən beynəlxalq danışıqlar barədə fikirlərini açıqlayıb, bu həftə keçiriləcək müzakirələrin önəmini vurğulayıb və təhsil mövzusuna diqqət çəkib: “Mən bu gün dayanıqlı gələcəyin təmin olunmasında təhsilin önəmi barədə danışdım. Bu həftə bir çox mövzu ətrafında müzakirəkər aparılacaq. Heç bir müzakirə əhəmiyyətsiz deyil. Ümid edirəm ki, bütün nümayəndələr cəsarətli olub, konsensus əldə etmək üçün çalışacaqlar".
Sonda sabiq Prezident bütün ölkələrin birgə əməkdaşlığının əhəmiyyətini vurğulayıb: “Biz bu prosesin ortasındayıq və indi hər birimiz bir-birimizə dəstək olub, birgə işləməyə davam etməliyik”,- deyə o, fikirlərini tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 18 Noyabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















